cac368b9724e4b05e57ea89a14f3a4d9.jpg

Sənəddə şairin Mərəzədə öldüyü bildirilir
REAL TV Mikayıl Müşfiqin ölüm kağızını əldə edib. Mikayıl Müşfiq 1956-cı ildə bəraət alandan sonra ölüm kağızını NKVD-dən onun həyat yoldaşı Dilbər Axundzadə alıb. Bunu bizimlə söhbətində Dilbər Axundzadənin qızı Leyla Axundzadə bildirib.

Tədqiqatçılar isə zaman-zaman bu sənədə deyil, onun güllələnməsi və dənizə atılması haqqında informasiyalara inanıblar. Baxmayaraq ki, Mikayıl Müşfiqin Nargində güllələnməsi və dənizə atılmasını sübut edən hansısa sənədə mətbuatda rast gəlinməyib. Yalnız SSRİ Ali Məhkəməsi Kollegiyasının güllələnmə ittihamnaməsindən başqa.

Müşfiq haqqında kitabın müəllifi Firudun Qurbansoy da onun güllələnməsinə daha çox inanır, nəinki NKVD-nin sənədinə.

Hər halda, maraqlı bir sual yaranır: Müşfiq harda, hansı şəraitdə ölüb? Güllələnmə icra olunmaya bilərdimi? Əks halda NKVD-nin Mikayıl Müşfiqin 1939-cu ildə öldüyü haqda sənədi nəyə əsaslanıb? Mövzunu davam etdirəcəyik…

[bt_youtube url=”https://youtu.be/1ARIRr7sBjE” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]

 

araz.az xəbər portalı.