AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi (Qurbanov) və tarixçi Anar Hüseynovun həmmüəllifi olduqları “Qərbi Azərbaycandakı izimiz, sözümüz” kitabı çapdan çıxıb.

İnstitutdan araz.az-a bildirilib ki, “SkyG” nəşriyyatında işıq üzü görən 348 səhifəlik kitabda əzəli və əbədi torpaqlarımız olan Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun Təzə İbiş və Qoncalı kəndlərində yaşayan Bayraməlilər tayfasının tanınmış adamları, tayfanın hikmət və kəramət sahibi olan şəxsləri haqqında məlumat və xatirələr verilib, aşıq və el şairlərinin şeirləri, bölgəyə məxsus folklor örnəkləri təqdim olunub.

Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru dosent Nigar Həsənova, məsləhətçiləri texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov və Ələsgər Vəliyev, rəyçiləri isə filologiya üzrə fəlsəfə doktoru dosent Sönməz Abbaslı, Mahmud Sarıkaya, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk və Cəmilə Novruzovadır.

araz.az xəbər portalı.