Çində ata 20 il ərzində özünü kasıb kimi göstərib və oğluna əslində milyonçu olduğunu deməyib.

araz.az   xarici KİV-ə istinadən xəbər verir ki, milyonçu kişi oğlunun borclarına görə həmişə əsəbiləşir və hər dəfə ailənin necə kasıb yaşadığını vurğulayırdı.

Yalnız çinlilər universiteti bitirdikdən sonra o, valideynlərinin malikanəsinin olduğunu öyrənib. Oğlan diplomunu aldıqdan sonra ailəsinə borclarını ödəmək üçün iş tapmaq istədiyini deyib. Atası onu söhbətə dəvət edib və şəxsi şirkəti olduğunu açıqlayıb.

“Atam məni işini davam etdirməyə dəvət etdi”, – məzun bildirib.

Ailənin səkkiz dəbdəbəli avtomobilinin olduğu da məlum olub. Bununla belə, çinlilər əlavə ediblər ki, atasının şirkətində işləməsinə baxmayaraq, maaşı o qədər də yüksək deyil və işə limuzinlə deyil, elektriklə işləyən motosikletlə gedir.

araz.az xəbər portalı.