“Azərbaycan prezidenti İlham Əliyev müsahibəsində ölkəmiz üçün ən vacib məsələlərə toxunaraq onlara aydınlıq gətirdi, Azərbaycanın rəsmi mövqeyini həmin dünya güclərinin diqqətinə çatdırdı”.
araz.az xəbər verir ki, bunu siyasi ekspert Vüqar Dadaşov Prezidentin yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibəsində toxunduğu mühüm məqamlara diqqət çəkərkən bildirib.
V.Dadaşov Prezident İlham Əliyevin yerli media nümayəndələri ilə hər ilin başlanğıcında keçirdiyi görüşün, verdiyi müsahibələrin artıq ənənəvi xarakter aldığını deyib. Ekspert eyni zamanda bu görüşlərin Azərbaycan xalqı və dünya ilə media vasitəsilə dialoqun unikal forması, ötən il üzrə ictimai-siyasi və həm də iqtisadi hesabat xarakterli platforma olduğunu qeyd edib:
“Azərbaycan dövləti və xalqı üçün ən vacib məsələ olan ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpasından sonra, bəzi dünya güclərinin Azərbaycanın yaratdığı reallıqla barışmaması ilə bağlı proseslər müşahidə olunur.
Tərəflər arasında çərçivə sülh müqaviləsinin mümkünlüyünün real göründüyü bir vaxtda, ABŞ, Fransa kimi dövlətlərin pozuculuq fəaliyyətinin Azərbaycan dövlətinin siyasi və hərbi iradəsinə heç bir təsir etmədiyini Azərbaycan prezidenti açıq şəkildə bəyan etdi”.
Ekspert hesab edir ki, sərhədlərin delimitasiyası məsələsində Ermənistanın israr etdiyi 1975-ci il SSRİ-nin inzibati və hərbi xəritələrə istinadın Azərbaycan tərəfindən rədd edilməsi Azərbaycanın qalib mövqeyi kimi, həm də Azərbaycan ictimayətinin istəklərinin nümayişi idi:
“Ermənistanın Qərb dövlətləri tərəfindən Rusiyaya və türk dünyasına qarşı istifadə olunan bir vasitə olduğunu ədalətli olan kimsə inkar edə bilməz. Bu mübarizədə Qərbin Ermənistanı hər an qurban verəcəyi şübhəsizdir. Almaniya artıq açıq şəkildə Ermənistanı Rusiyaya qarşı müharibəyə təhrik edir. Bu avanturanın Ermənistan üçün hansı dəhşətli nəticələr vəd etdiyinə heç bir şübhə yoxdur”.
O ki qaldı Azırbaycan prezidenti İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı açılamasına ekspert bu fikirlərin tam məntiqli və xalqın iradəsi olduğunu qeyd edib:
“Əlbəttə ki, Zəngəzur dəhlizi açlmayacağı təqdirdə Azərbaycanla Ermənistan arasında heç bir kommunikasiya, sərhəd buraxılış məntəqəsinin açılmayacağını Azərbaycan ən yüksək səviyyədə elan etdi. Onu da qeyd etmək lazımdır ki, Ermənistanın blokadası təkcə Azərbaycan tərəfindən deyil, paralel olaraq Türkiyə tərəfindən də davam etdiriləcək anlamındadır. Məlumdur ki, Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa bəyannaməsinin şərtlərinə əsasən Azərbaycan və Türkiyə xarici siyasətini koordinasiyalı şəkildə bir idtiqamət üzrə həyata keçirir. Eləcə də Qərb-Rusiya qarşıdurması fonunda
proseslər onu deməyə əsas verir ki, Ermənistan hansı inkişaf yolu seçməyindın asılı olmayaraq çox böyük təhlükələr astanasındadır”.
araz.az xəbər portalı.