AYB-nin üzvü, ,,Azəriqaz” ASC-nin sabiq mətbuat xidmətinin rəhbəri, tanınmış jurnalist Kamandar Eyvazlının səhhətində ciddi problemlər əmələ gəldiyindən, o, bu gün təcili paytaxt Bakı şəhərindəki özəl klinikalardan birinə yerləşdirilib.
Yaşanan olayla bağlı Kamandar Eyvazlı qeyd edib ki, ,,mərhum şairimiz Zəlimxan Yaqubla bağlı verdiyim müsahibələrdə bəzi yazarların ünvanına tənqidi fikirlər söylədim. Bundan sonra mənim adımdan informasiya resurslarında, veb səhifəmdə xoşagəlməz yazılar yayımlandı ki, bu da mənə qarşı hədələr, təhdidlər yaratdı”. Kamandar Eyvazlı bu kimi halların kimlər tərəfindən yayımlanması haqda məlumata malik olduğunu, onun adından kimlərin informasiya resurslarında və s. əsassız açıqlamalar yaymaları haqda məlumata malik olduğunu qeyd edir.
araz.az xəbər portalı.