Arbitrum Vəkil Bürosunun rəhbəri Polad Mehdi vətəndaşlarla MTK-lar arasında yaranan problemlərə münasibət bildirib.
araz.az xəbər verir ki, arb telekanalına müsahibə verən vəkil problemləri bir neçə qrupa ayırıb. Vəkil bu problemləri əsasən aşağıdakı kimi quruplaşdırıb:
1. Vətəndaşların köçürülməsi zamanı yaranan problemlər;
-Vətəndaşlarla tam razılaşma olmadan ərazinin sökülməsi,
– mənzillərin dəyərinin müəyyən edilməsi qaydası,
– mənzillərin vətəndaşlardan alınması qaydası,
– köhnə mənzillərin yeni tikiləcək mənzillərlə əvəzləşdirilməsi qaydası,
– bina inşa edilənədək vətəndaşlara kirayə pullarının verilməsindəki çətinliklər.
2. Binanın inşası zamanı vəd edilən şərtlərin yerinə yetirilməməsi ilə əlaqədar yaranan problemlər;
– müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi,
– binanın zamanında təhvil verilməməsi,
– mənzillərin razılaşmada nəzərdə tutulan ölçüdən daha az ölçüdə təhvil verilməsi (arakəsmə divarlarının və şaxtaların sahənin ölçüsünə daxil etmələri).
3. Vətəndaşların MTK-lara payçı olduqları (alqı-satqı etdikləri) zaman yaranan problemlər;
-MTK tərəfindən mənzillər alqı-satqı edilə bilməz, şəxs MTK-ya payçı ola bilər,
– bir mənzilin bir neçə adama “satılması”,
– şəxs mənzilini digər birinə “satdığı” zaman MTK-lar tərəfindən əlavə ödənişin tələb edilməsi.
4. MTK-ların idarə edilməsilə əlaqədar yaranan problemlər;
– MTK-lar binanı idarə edə bilməzlər, bu qanunvericiliyə ziddir.
Mövzu çox geniş və aktualdır. Bu sahədəki problemlər və onların həlli yolları ilə bağlı geniş müzakirələrə ehtiyac vardır.
araz.az xəbər portalı.