D vitamini çatışmazlığı yaşlı insanlarda xroniki yorğunluğa səbəb ola bilər.

Məlumata görə, bunu “Nutrients” jurnalında dərc olunan araşdırma göstərib.

Yeni məqalənin müəllifləri D vitamininin rolu ilə bağlı yüksək keyfiyyətli tədqiqatı nəzərdən keçiriblər. Təcrübələr göstərir ki, maddə yorğunluqla əlaqəli mexanizmlərə təsir edə bilər. Məsələn, əzələlərdə iltihabı və ya sərbəst radikalların hüceyrə zədələnməsini azaldan genləri aktivləşdirməklə.

Bundan əlavə, sinir siqnallarının ötürülməsində və əhvalın tənzimlənməsində mühüm rol oynayan maddələr olan serotonin və dopamin istehsalında iştirak edir.

Yaşlı insanlarda, eləcə də dağınıq sklerozlu xəstələrdə yorğunluq və D vitamini arasında müəyyən əlaqə var. Revmatizm, xərçəng və xroniki yorğunluq sindromu olan insanlar üçün D vitamininin yorğunluğa təsirinin daha az keyfiyyətli sübutları mövcuddur.

Yorğunluq ağır fiziki və ya əqli fəaliyyətdən sonra əmələ gələrsə, bu tam normal haldır.

Lakin bəzən insan hiss edir ki, yorğunluq səbəbsiz əmələ gəlir və hətta uzunmüddətli istirahətdən sonra keçmir. Bu təhlükəli simptomdur.

Daimi səbəbsiz yorğunluq bəzi ciddi xəstəliklərin simptomu kimi meydana çıxa bilər.

Bura, anemiya, qalxanvari vəzi xəstəlikləri, ürək xəstəlikləri və s daxildir.

Əgər insan 6 aydan artıq müddət ərzində daimi yorğunluqdan şikayətlənirsə və bu yorğunluğun səbəbini heç bir orqan və ya sistem patologiyası ilə izah etmək mümkün deyilsə, bu hal “Xroniki yorğunluq Sindromu” adlanır.//Baku.ws

araz.az xəbər portalı.