Amazon meşələrində nəhəng qədim şəhər tapılıb. Arxeoloqlar qədim şəhərin 2500 il əvvəl yarandığını və insanların burada min ilə yaxın yaşadığını düşünürlər.
araz.az Publika.az-a istinadən xəbər verir ki, Ekvadorun şərqindəki Upano bölgəsindəki Amazon meşəsində nəhəng qədim şəhər aşkar edilib. Tapılan şəhərin torpağı zəngindir. Lakin cəmiyyətin məhvinə səbəb ola biləcək bir vulkanın yaxınlığında yerləşir. Elm adamları orada 10 min insanın yaşamış ola biləcəyini təxmin edirlər.
Fransa Milli Elm Araşdırma Mərkəzindən Prof. Dr. Stephen Rostain bu kəşfin Amazon mədəniyyətinə baxışı dəyişdiyini bildirib:
“Çox sayda insan kiçik qruplar halında, çox güman ki, çılpaq halda ovçu kimi təsvir edilmişdir, lakin bu kəşf insanların mürəkkəb şəhər həyatı yaşadıqlarını göstərir”.
Arxeoloqlar kəşf üçün 300 kvadrat kilometr ərazini qazmağa, eləcə də sıx bitki örtüyü və ağacların altındakı qalıqları müəyyən etməyə imkan verən hava lazer texnologiyasından istifadə ediblər.
araz.az xəbər portalı.