Aşağı təzyiq nə deməkdir? Qadınlarda 100/60 c.st-dan, kişilərdə 110/70 c.st-dan aşağı arterial təzyiq hipotoniya (hipo – az) sayılır.

Təzyiqi aşağı olan insanlar adətən daha tez yorulur, onlarda başgicəllənməsi, baş ağrıları, diqqət konsentrasiyası ilə problemlər olur. Təngənəfəslik, ürəkdə sancma və sıxılma hissi mümkündür. Bəzi hipotoniklərdə ürəkdöyünməsinin artması kimi simptom müşahidə olunur ki, bununla ürək zəif qan dövranını gücləndirməyə çalışır. Bundan əlavə hipotoniyası olan insanların ətrafları daim soyuq olur ki, bu da piz qan dövranı isə izah olunur.

Aşağı təzyiq hər hansı konkret insanın fiziki xüsusiyyəti ola bilər. Buna “ilkin konstitusional hipotenziya” deyilir və bu hal xəstəlik və ya pozulma sayılmır. Belə hipotenziya daha tez-tez arıq cavan qadınlarda müşahidə olunur.

Lakin aşağı təzyiq orqanizmdə olan pozulmanın simptomu da ola bilər. Buna “ikincili simptomatik hipotenziya” deyilir və bunun səbəbi bir çox hallarda ürək-damar sistemi xəstəlikləri (məsələn, ürək çatışmazlığı) və ya hipotireoz (qalxanvari vəzinin fəaliyyətinin zəiflənməsi) ola bilər.

araz.az   bildirir ki, təzyiq həmçinin qusma, ishal və ya yüksək qızdırmanın nəticəsində orqanizmdə inkişaf edən susuzlaşmaya görə düşə bilər.

Almaniya Kardioloji Mərkəzinin professoru Xeribert Şunkert Fitbook nəşrinə bildirib ki, əslində “doğma” aşağı təzyiq (yəni ilkin hipotenziya) orqanizm üçün hətta faydalıdır: “Təzyiq aşağı olanda damarlar daha sağlam qalır, gec qocalır və gec zədələnir ki, nəticədə ürək tutması və ya insultun riski də azalır. Əgər aşağı təzyiq sizdə ciddi neqativ simptomlara səbəb olmursa, onun ürək və damarlara olan təsirini hətta müsbət qiymətləndirmək olar”.

Lakin həkim eyni zamanda xəbərdarlıq edib ki, bu yalnız ilkin hipotoniyaya aiddir. Əgər təzyiqi daim normal və ya yüksək olan insanda təzyiq səbəbsiz olaraq düşürsə, mütləq həkimə müraciət etmək lazımdır.

Nəzərə almaq lazımdır ki, bəzən ürək tutması və ya infarktdan bir neçə gün əvvəl insanın təzyiqi kəskin düşə bilər. Bu çox təhlükəli simptom sayılır.

Professor Xeribert Şunkert hətta sağlam insanlara arterial təzyiqi həftədə 1-2 dəfə ölçməyi tövsiyə edir ki, təzyiqlə bağlı olan problemlər vaxtında aşkar edilsin.

araz.az xəbər portalı.