Araz.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində amerikapress.com saytının baş redaktoru Rauf Sultanovun işi üzrə məhkəmə prosesi yekunlaşıb. İttihamı müdafiə edən prokuror ona qarşı irəli sürülmüş ittihamların tam sübuta yetirildiyini bildirərək onun 11 il 6 ay azadlıqdan məhrum olunmasını istəyib. Lakin hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm tam fərqli oxunub.
Belə ki, məhkəmə prosesi, – “vəzifəli şəxsdən hədə-qorxu yolu ilə rüşvət tələb etmə ittihamları məhkəmə zamanı öz sübutunu tapmayıb, buna görə də, ona elan olunmuş bir neçə ittiham əsassız hesab olunaraq rədd edilib. Daha bir ittiham yüngüləşdirilərək cinayət məcəlləsinin 182.1 maddəsi ilə əvəz olunub, hökm də bu ittiham üzrə elan olunub,” belə ki, hökmə əsasən amerkapress.com saytının baş redaktoru və təsiçisi Rauf Sultanov cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib.
Baş redaktor hökmü əsassız hesab edir. O bildirir ki, ona qarşı irəli sürülmüş ittihamlar şər, böhtan, qondarmadır. O, heç kimdən rüşvət istəməyib, almayıb: “Mən bəraət tələb edirəm”, – deyərək fikrini yekunlaşdırıb. Amerikapress.com saytının baş redaktoru Rauf Sultanov haqqı olan bəraəti ona oxunmuş hökmdən Bakı Apelliyasiya Məhkəməsinə şikayət etdikdən sonra alacağını bildirib.
Araz.az
araz.az xəbər portalı.