“Real Madrid” İspaniya Superkubokunun qalibi olub.
araz.az xəbər verir ki, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən finalda kral klubu çempion “Barselona”nı 4:1 hesabı ilə məğlub edib.
İtaliyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komandanın ilk yarısında braziliyalı hücumçu Vinisius Junior het-trik edib.
Kataloniya təmsilçisinin qolunu polşalı hücumçu Robert Levandovski vurub.
İkinci hissədə “Real” braziliyalı yarımmüdafiəçi Rodriqonun qolu sayəsində üstünlüyü artırıb.
“Barselona” 71-ci dəqiqədə meydanda 10 nəfər qalıb. Belə ki, uruqvaylı müdafiəçi Ronald Araujo ikinci sarı vərəqə alaraq meydandan qovulub.
Sonrakı dəqiqələrdə hesab dəyişməyib və görüş Madrid təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb – 4:1.
araz.az xəbər portalı.