“Manıs” uzaqbaşı “Əməkdar şoumen” adına laiyq görülə bilər, vəssalam”.

Bütün dünyada elm və sənət adamlarına fəxri adların verilməsi praktikası çoxdan tarixə qovuşub. Hətta Ermənistanda belə fəxri adların verilməsi “sovet qalığı” kimi qiymətləndirilib və bu təcrübəyə son qoyulması üçün parlamentə müvafiq qanun layihəsi təqdim olunub. Belə bir şəraitdə Azərbaycanda da fəxri adların verilməsi ənənəsinin ortadan qaldırılmasının mümkünlüyü maraq doğurur.

araz.az bildirir ki,bu aktual mövzu ilə bağlı yenicag.az-a açıqlama verən tanınmış rejissor və aktyor xalq artisti fəxri adların ləğvinin bir halda tərəfdarıdır:

“Sənət adamı Xalq artisti fəxri adına görə 200, Əməkdar artist fəxri adına görə isə 150 manat pul alır. Həmin şəxslərin bundan başqa üstünlüyü yoxdur. Metroya, avtobusa havayı minmir, kommunal xidmətlərdən azad olunmayıb və sair.

Əgər hansısa üstünlükləri olarsa, hə, bu adlara ehtiyac ola bilər. Yaxşı, fəxri adlar ləğv olunsun, əvəzində isə sənət adamı 2000-3000 min manat məvacib alsın. Mən də Xalq artistiyəm, saysız-hesabsız fəxri adlarım var, amma nə olsun, siçanlarla bir evdə yaşayıram, evim uçub-tökülür. Hara da şikayət edirəm, sözümü eşidən yoxdur.

Digər tərfdən, əgər fəxri ad verilirsə, qoy yalnız sənətkarlara – rejissora, aktyora, incəsənət adamlarına verilsin. Müğənni niyə fəxri ad almalıdır axı? “Manıs”dır, bütün günü toyda eybəcər-eybəcər işlərlə məşğuldurlar, xalq da onları söyür. “Manıs” uzaqbaşı “Əməkdar şoumen” adına laiyq görülə bilər, vəssalam”.

araz.az xəbər portalı.