Avstraliya Biomühəndislik və Nanotexnologiya İnstitutu (AIBN) və Kvinslend Universitetinin tədqiqatçılar əsaslı kəşf ediblər.

araz.az   xəbər verir ki, “Nature Aging” jurnalında dərc edilən araşdırma, COVID-19-un “zombi” və ya qocalmış hüceyrələri artıraraq beyində vaxtından əvvəl qocalmanı sürətləndirdiyini ortaya qoydu. Yaşla təbii olaraq yığılan bu hüceyrələr toxuma iltihabı degenerasiyası ilə əlaqələndirilir və potensial olaraq yaddaş itkisi, həmçinin beyin dumanı kimi pozulmalara səbəb olur.

Tədqiqatçılardan ibarət komanda müxtəlif SARS-COV-2 variantlarının beyin toxumasına təsirini öyrənmək üçün insan kök hüceyrələrindən hazırlanmış sintetik beyin orqanoidlərindən istifadə edib. Bioloji beyin saatını ‘sıfırlamaq’ axtarışında olan tədqiqatçılar bu orqanoidlərdən istifadə edərək çoxsaylı terapevtik agentləri yoxlayıblar. Araşdırmalar nəticəsində COVID-19-un yaratdığı qocalmış hüceyrələri selektiv şəkildə aradan qaldıran dörd dərman uğurla müəyyən edilib.

Bu dərmanlar “navitoclax”, “ABT-737”, “fisetin” və “dasatinib plus quercetin (D+Q)” kombinasiyasından hazırlanıb. Onlar təkcə beyin orqanoidlərini cavanlaşdırmayıb, həm də COVID-19-a yoluxmuş siçan modelində müsbət təsir göstərib. Bu tədqiqatın COVID-19 kimi viral infeksiyaların səbəb olduğu kəskin post-infeksion sindromların müalicəsi üçün yeni yollar açdığını iddia edib.

Nəticələrdən sonra bildirilib ki, bu kəşf COVID-19-dan başqa, “Alzheimer” tədqiqatlarına və yaşlanmanın əhəmiyyətli amil olduğu digər neyrodegenerativ xəstəliklərin sağalmasında potensial faydalıdır.

araz.az xəbər portalı.