Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.
araz.az-ın məlumatına görə, hökmə əsasən Səlim Müslümovun 8 milyonluq əmlakı müsadirə edilib.
-Binəqədi rayonu, Akademik Ziya Bünyadov prospektində yerləşən iki mənzil;
-Səbail rayonu, Azadlıq prospektində yerləşən qeyri-yaşayış sahəsi;
-Bakı şəhəri, Yasamal rayonu, Mirzə İbrahimov küçəsində mənzil;
-Nərimanov rayonu, Oqtay Kərimov küçəsində iki ev;
-Nərimanov rayonu, Məmməd Araz küçəsində ev;
-Binəqədi rayonu, 6-cı mikrorayonda yerləşən 500 və 300 kv.m torpaq sahələri;
-Bakı şəhəri, Xətai rayonu, Rəsul Rza küçəsində yerləşən 300 kv.m olan qeyri yaşayış sahəsi.
Qeyd edək ki, S. Müslümova şərti cəza verilib.
araz.az xəbər portalı.