Pakistan aviasiyası İran ərazisinə zərbələr endirmək üçün onun hava məkanına daxil olub.
araz.az xəbər verir ki, bu barədə “Röyters” mənbəyə istinadən məlumat yayıb.
“Pakistan təyyarəsi İranın hava məkanına daxil olub və sığınacaqlara zərbə endirdikdən sonra uğurla geri qayıdıb”, – mənbə qeyd edib.
Qeyd edək ki, Pakistan XİN “Partizanlara ölüm” (“Marg Bar Sarmachar”) əməliyyatı ilə Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələr endirildiyini bildirib.
araz.az xəbər portalı.