manat aBakıda yeniyetmə oğlana hədə-qorxu gələrək külli miqdarda pul alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Operativ.tv-yə verilən məlumata görə, oktyabrın 25-də Binəqədi Rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini N.Ələkbərov yeniyetmə oğluna hədə-qorxu gələn bir neçə nəfərin ondan oktyabrın 4-də 27.000 ABŞ dolları, oktyabrın 5-də isə 18.000 ABŞ dolları aldıqlarını bildirib.

 

Məlumatla əlaqədar 5-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən 3 yeniyetmə qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Araşdırma aparılır.

 

araz.az xəbər portalı.