Agentlikdən araz.az xəbər portalı redaksiyasına daxil olan məlumata görə,
Qanlı 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi, general-mayor İlqar Abbasov və SOMDA-nın şəxsi heyəti Şəhidlər Xiyabanına gələrək, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edərək, məzarları önünə gül dəstələri qoyublar.

SOMDA-nın şəxsi heyəti adından, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil də qoyulub.

araz.az xəbər portalı.