Gerçək bir terror, soyqırımı və vandalizm: Tariximizin qanla yazılan şərəf səhifəsi
20 yanvar faciəsi erməni daşnakları tərəfindən əhatə olunmuş Qorbaçov klanının Alma-Ata və Fərqanə faciələri, Axıska türklərinin deportasiyası adlı antitürk ssenarisi zəncirində növbəti həlqə demək idi. Bu gün bütün dünyanın terrorizmlə mübarizə apardığı bir vaxtda bunu xüsusi vurğulamalıyıq ki, 20 Yanvar XX əsr tarixindəki ən müdhiş və ən irimiqyaslı terror aktıdır. Bolşevik-daşnak cütlüyünün 1918-ci ildə Bakıda, Şamaxıda, Zəngəzurda, Naxçıvanda, Qubada və daha neçə-neçə şəhər və kəndimizdə törətdiyi azərbaycanlı genosidi 1990-cı ildə təkrarlandı. Hər iki halda məsələ Azərbaycanın müstəqil dövlət olması ideyasının aktuallaşması və bu ideyanın həyata keçirilmə ərəfəsində olması amili ilə sıx bağlı idi.
Moskva Azərbaycanın dövlət müstəqilliyi ideyası ilə heç cürə barışmaq, bu ideyanı hətta müzakirə belə etmək istəmirdi. 20 Yanvar hadisələri Azərbaycanın qorxudulması üçün düşünülmüşdü. Bundan heç bir nəticə alınmadı. 20 Yanvar hadisələri azərbaycanlıların əz-mini və azadlıq istəyini qıra və öldürə bilmədi. Heç bilməzdi də. Çünki təsir həmişə əks təsirə bərabər olur. 20 Yanvar faciəsi biz azərbaycanlıları bir yerə cəmlədi, bizi toparladı. 50 mil-yonluq böyük bir xalq olduğumuzu ilk dəfə məhz həmin faciədən sonra anladıq. 20 Yanvar faciəsi Azərbaycanın dünyadakı tərəfdarlarının sayını artırdı, bizə rəğbəti olanların sıraları genişləndi. Həmin günlərdə bəşəriyyətin vicdanlı hissəsi Azərbaycanın tərəfində idi.
Dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların və türk kökənli milyonlarla insanların təşəbbüsü ilə keçirilən etiraz və həmrəylik aksiyaları az əhəmiyyətli deyildi.
İllər keçəndən sonra “20 Yanvar faciəsinin günahı kimdədir” sualını vermək, bəlkə də artıq məsələdir. Ona görə ki, günahkarlar çoxdan, elə faciənin baş verdiyi gündən bəllidir. Bu – erməni daşnakları tərəfindən əhatələnmiş cinayətkar Qorboçovun cinayətkar ətrafı və Azərbaycanın hakimiyyətdən ötrü hər şeyə getməyə hazır olan o vaxtkı rəhbərliyidir. Onların hər biri bu məsələdə müəyyən dozada mənəvi, siyasi və hüquqi məsuliyyət daşıyır.
1990-cı ilin yanvar ayının 20-sinə keçən gecə Azərbaycanda baş qaldırmış Milli Azadlıq Hərə-katını boğmaq məqsədilə Bakıya 66,5 min nəfərlik ordu yeridildi. SSRİ Müdafiə Nazirliyi, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi bu vəhşi əməliyyatların kodlaşdırılmış adı “Udar” idi.
Rus əsgəri Bakıya girdi. Qan tökdü. Rus əsgəri hara girirsə, orda qan var, ölüm var. tarixdə onun çoxlu örnəkləri mövcuddur.
Əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “A” qrupları oynadı. Qoşunların yeridilməsinə qazandırılan bəraətlərdən biri yanvarın 13-17-də Bakıda baş vermiş erməni qiyamları idi. Güya, Azərbaycanda vəziyyət idarəolunmaz həddə çatmışdı. Lakin qoşunlar şəhərə girəndə artıq qiyam dayandırılmışdı.
Keçmiş SSRİ rəhbərliyi Azərbaycan və erməni xalqları arasında qəsdən münaqişə yaradırdı. Məqsəd kənardan Azərbaycanın işlərinə qarışmaq, başqa suveren respublikaları qorxutmaq, kommunist rejimini saxlamaq idi. Qoşunlar şəhərə daxil olandan sonra SSRİ müdafiə naziri Dmitri Yazov “İzvestiya” qəzetinə verdiyi müsahibəsində etiraf etmişdi ki, Sovet qoşunlarının təcavüzü nəticəsində Bakıda 137 mülki vətəndaş öldürülmüşdü. Əslində isə ölən və itgin düşənlərin sayı minlərlədir. İtgin düşənlərdən bu günə qədər xəbər yoxdur. Öldürülənlər arasında 5 millətin nümayəndəsi var. Qadın və uşaqlar çoxlu təşkil edirdi. Rəsmi məlumatlara görə, fövqəladə vəziyyət elan edilmədən bir neçə istiqamətdən zirehli texnika və tanklarla pay-taxta girən imperiya ordusunun gülləbaranı nəticəsində 744 nəfər yaralanmış, 841 nəfər qanun-suz həbs olunmuş, 200 ev və mənzil, 80 avtomobil məhv edilmişdi. Rəsmi məlumatlara görə ordunun 37 nəfər hərbi qulluqçusu həlak olmuş, 90 nəfər isə yaralanmışdı. Kremlin hesabla-masına görə, yanvar hadisəsi zamanı Bakıda 60 min güllə atılmışdı.
İş üzrə indiyədək 200-dən çox istintaq ekspertizası aparılıb. SSRİ və Azərbaycanın bir sıra keçmiş rəhbərləri, o cümlədən , Anatoli Lukyanov, Dmitri Yazov, Aleksandr Kryuçkov… din-dirilib. Lakin əsas günahkar və cani Mixail Qorbaçov istintaq edilmədi.
Yüz cildlik istintaq materialından 69-nu keçmiş SSRİ Prokurorluğu Moskvaya aparıb. Sə-nədlər indiyədək Azərbaycana qaytarılmayıb. İmperiya canilərinin daha bir xüsusiyyəti də on-dan ibarətdir ki, həmişə törətdikləri vəhşəti gizlətmək istəyirlər.
20 Yanvar faciəsi bəşər tarixinə insanlığa qarşı törədilmiş ən qanlı cinayətlərdən biri kimi daxil olub. Öz azadlığı və konstitusiya hüquqlarının təmin olunması uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar Sovet İmperiyasının cinayətkar mahiyyətini bir daha bütün dünyaya nümayiş etdirib. İndi, üstündən illər keçsə də həmin faciəli günləri həyəcansız xatırlamaq olmur.
Bu faciə gerçək bir terror, soyqırımı, vandalizm idi və bütöv bir xalqın azadlıq istəyini məhv etməyə, onun iradəsini qırmağa yönəldilmişdi. O vaxt heç kəs inanmırdı ki, Bakıya qoşun yeri-diləcək, dinc əhaliyə qanlı divan tutulacaq. Yaxınlaşmaqda olan faciənin qarşısını almaq isə, ilk növbədə, respublikanın o vaxtkı rəhbərlərinin üzərinə düşürdü. Ancaq imperiyaya qulluq göstərən və mərkəzdəki ağalarının dediyi ilə oturub-duran, xalqına xəyanət edən bu rəhbərlər öz kreslolarını saxlamaq xatirinə belə bir ağır cinayətə qol qoydular.
Onda Ə.Vəzirov büsbütün Moskvanın quluna çevrilmişdi, A.Mütəllibov isə Azərbaycanda yaranmış qarışıqlıqdan istifadə edərək hakimiyyətə gəlmək istəyirdi. Yuxarılarda hakimiyyət uğrunda mübarizə getdiyi bir vaxtda təxribatçı qüvvələr vəziyyəti daha da gərginləşdirir, So-vet Ordusunun Bakıya yeridilməsi planı cızılırdı. Azərbaycana diz çökdürmək üçün ona güllə yarasından betər böhtan yaraları vurulurdu.
O vaxt “Moskovski novosti”nin yazdığı bir yazıda bir məqam diqqətdən yayınmamalıdır. Qəzetin məlumatına görə Bakı yaxınlığındakı hərbi obyektdə 125 ədəd nüvə başlıqlı raket sax-lanılır və bu silahların millətçilərin əlinə düşməsi realdır. Bu, əsl iftira, şər, böhtan hücumu idi.
Bu dəhşətli faciə təkcə Bakıda deyil, ölkənin hər yerinə ağrılar gətirirdi. Gəncədə, Sum-qayıtda, Cəlilabadda, Qusarda, Qubada… baş verənlər deyilənlərin sübutudur. Elə, mənim doğulduğum Sədərəkdə də, düşmən ağlagəlməz faciələr törətdi. Ermənistan ərazisindən Sovet Ordusu Sədərəyi top atəşinə tutdu. Əlliyə yaxın dinc sakin xəsarət aldı, 37 nəfər yaralandı, Hacı Tofiqin 7 və 9 yaşlı iki oğlu – Elvin və Mahir həyatla vidalaşdı. Regionda yaxşı tanınan Mirməhəmməd Seyidov isə, top atəşləri girdabında şəhidlər sırasına qoşuldu. Hələ bu barədə çox şey demək olar. Bu başqa bir yazının mövzusudur……
O vaxt Moskvada yaşayan Azərbaycanın qeyrətli oğlu Heydər Əliyev, xalqımızın başına gətiri-lən faciədən xəbər tutan kimi, yanvarın 21-də Azərbaycan nümayəndəliyinə gəldi, heç nədən çəkinməyərək cinayətkarları ifşa edən bəyanatla çıxış etdi. Bununla da Azərbaycan həqiqətləri dünyaya çatdırıldı. O vaxt ilk dəfə olaraq bu hadisələrin təşkilatçıları və bilavasitə icraçıları olan M.Qorbaçov, Ə.Vəzirov, A.Mütəllibov və başqalarının cəzalandırılması tələbi qoyuldu.
20 Yanvar Azərbaycan tarixində ölkəmizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü və milli suverenliyi uğrunda xalqımızın şəhidliyə hazır olmaq ruhunun, qəhrəmanlığnın və iradəsinin rəmzinə çevrilmişdir. Çünki qan yaddaşımıza həkk olunmuş bu qanlı faciə xalqımızın nəinki milli qürurunu və iradəsini sarsıda bilmədi, əksinə, onun mənəvi gücünü bir daha dünyaya nümayiş etdirdi.
Faciənin baş verdiyi tarixdən bu günə kimi hər il yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin xatirəsi bütün ölkə ərazisində bir dəqiqəlik sükutla yad edilir.
Bizə düşmən qüvvələrin “demokratiya və aşkarlığı” Azərbaycanda hələ çox əvvəllər də qeyri-le-qal şəkildə fəaliyyət göstərən erməni milli separatçı “Krunk” (“Durna”) təşkilatının leqal şəkil-də işləməsinə şərait yaratmışdı. Nəinki Dağlıq Qarabağda və Şaumyan rayonunda, Bakıda da bu təşkilatın ilk özəkləri mövcud olmuşdu. Onun üzvləri “sərhədləri dənizdən-dənizə olan” mi-fi “Böyük Ermənistanı” bərpa etmək üçün Azərbaycanın tarixi ərazisini, DQMV-ni ondan qo-parıb Ermənistana vermək kimi avantürist bir məqsəd uğrunda mübarizəyə illərlə hazırlaşmışdı-lar. Xalqlar arasında nifaq salmaq kimi yolverilməz bir fəaliyyətlə məşğul olduğuna, əhalini kütləvi intizamsızlığa dəvət etdiyinə görə, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 mart 1988-ci il tarixli qərarı ilə “Krunk” rəsmən buraxılmışdı. Lakin təşkilat yenə də fəaliyyət göstərirdi. “Krunk”, “Artsax” və bu kimi milli ədavət toxumu səpən digər təşkilatlarla birgə Azərbaycan torpaqlarında yeni erməni dövləti yaratmağı qarşısına məqsəd qoymuşdu. Məqsə-dinə çatdı da…
…Azərbaycanın suveren hüquqlarının qonşu Ermənistan tərəfindən kobudcasına tapdan-masına, onun ərazi bütövlüyünə qarşı təcavüzünün daha acı və davakar xarakter almasına, ha-belə mərkəzin və respublika rəhbərliyinin buna qarşı təsirli tədbirlər görməməsinə etiraz əlaməti olaraq, 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda və başqa şəhərlərdə xalq kütlələri şüar-larında xalqın arzularını ifadə edən Azərbaycan Xalq Cəbhəsinin rayon şöbələri, dayaq dəstə-ləri ətrafında birləşib mübarizəyə qalxdı.
1989-cu ilin sentyabr-dekabr aylarında-respublikada siyasi gərginliyin daha da artdığı za-manlarda bir çox rayonlarda, demək olar ki, ikihakimiyyətlik yaranmışdı: Kommunist Parti-yanın və Xalq Cəbhəsinin hakimiyyəti.
Ermənistanın Azərbaycana silahlı təcavüzü, Konstitusiyaya zidd, təhrikçi “qanunlar” qəbul etməsi Azərbaycan xalqının milli təəssüb hissini, siyasi gərginliyi artırırdı. Kütləvi informasiya vasitələrinin məsələləri birtərəfli və həmişə erməni separatçılarının xeyrinə işıqlandırması da bu-rada öz rolunu oynayırdı.
Onda dünya və ölkə ictimaiyyətinin diqqəti Azərbaycanda baş verən hadisələrdə idi. SSRİ Dövlət sərhəddinin bu yerlərdə pozulması halları beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb edirdi. Əhali Cənubi Azərbaycanda – İran İslam Respublikasında yaşayan qan qardaşları, qohumları ilə mədəni və iqtisadi əlaqələrin, gediş-gəlişin bərpa olunması tələbi ilə dəfələrlə rəh-bər orqanlara müraciət etmişdi. Lakin bu Vətənə xəyanət kimi başa düşülürdü.
1989-cu il dekabrın 4-19-da Naxçıvanda sərhədlərə kütləvi “hücümlar” başlandı. Sərhəd boyu 9 min nəfər toplanmış, çadırlar qurulmuş, tonqallar yandırılmışdı. Əhali arasında silahlılar da vardı.
1988-ci ilin fevral ayının 19-da Yerevanda ilk antiazərbaycan mitinqi keçirildi. “Ermənistanı türklərdən təmizləməli!”, “Ermənistan yalnız ermənilərin olmalıdır!” və s. millətçi şüarlar irəli sürüldü. Fevralın 21-də şəhərdə qalmış yeganə məscidə hücum təşkil olundu və müsəlmanların müqəddəs ocağı təhqir edildi. İlk olaraq qədim Vedibasarın azərbaycanlı əhalisi sıxışdırılmağa başladı. Qız, gəlinlər təhqir edildi, el ağsaqqalları öldürüldü.
Onda Azərbaycanın bütün şəhər və kəndlərində əhali həyəcan içində idi. Kortəbii mitinqlər, nümayişlər olurdu. Fevralın 22-də ağdamlı azərbaycanlılar və əsgəranlı ermənilər arasında toq-quşma, 28-də Sumqayıt şəhərində faciə ilə nəticələnən iğtişaşlar baş verdi.
Yazda hər iki xalq içərisində həyəcanlar daha da artmışdı. İyunun 21-də DQMV Xalq De-putatları Sovetinin sessiyası vilayətin Ermənistan SSR-ə verilməsi məsələsini müzakirə etdi. Er-mənistan SSR Ali Soveti Azərbaycan SSR-in daxili işlərinə kobudcasına qarışaraq, vilayəti öz tərkibinə qəbul etməyə razılıq verdi. Bu hadisələr vəziyyəti daha da gərginləşdirdi. Azərbay-can SSR Ali Sovetinin sessiyası isə bu tələbin qeyri-qanuni olduğunu bildirdi.
SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1988-ci il iyunun 18-də iki xalq arasında mövcud ixti-lafları onların hər ikisinin mənafeyinə uyğun şəkildə həll etməyin vacib olduğunu göstərdi. Qeyd olundu ki, DQMV Konstitusiya qaydasına görə Azərbaycan SSR-nin tərkibində qalmalı, burada hər iki xalqın qanuni mənafeləri təmin olunmalı, vilayətin iqtisadi və sosial-mədəni tə-rəqqisi sürətləndirilməli, millətçilik təzahürlərinə qarşı mübarizə aparılmalıdır. Lakin, separatçı-ların hərəkətlərinə siyasi qiymət verilmirdi. Münaqişənin təşəbbüsçüləri və fitvaçıları ilə, ona məcburən cəlb olunan tərəf arasında bərabərlik işarəsi qoyulurdu. “Kompromis” axtarılırdı.
Sentyabrın 21-də və oktyabrın 18-də Stepanakertdə azərbaycanlıların, Şuşada isə ermənilə-rin evləri, avtomobilləri yandırıldı. DQMV-dəki azərbaycanlıların sıxışdırılması sürətləndi.
1988-ci ilin noyabr-dekabr aylarında Ermənistan SSR-nin 22 rayonunda 171 türk kəndin-dən 350 mindən çox azəri türk zorla qovuldu, on minlərlə ev boşaldıldı.
Bu hadisələr respublikamızda həyəcanları daha da artırdı. Bu sə xalqda, o cümlədən kənd əhalisində təklənmək hissi, milli təəssübkeşlik əhval-ruhiyyəsi, əhalinin bir hissəsində isə bəd-binlik, ümidsizlik yaradırdı. Həmin vaxtlar Bakının “Azadlıq” meydanında noyabrın 17-dən dekabrın 5-dək gecə-gündüz davam edən nümayişlərdə və tətillərdə yüz minlərlə adam iştirak etmişdi…
Azərbaycanın başqa şəhər və rayonlarında da iğtişaşlar baş vermişdi. İğtişaşları yatırmaq üçün respublikanın 17 rayonunda və Bakı şəhərində (dekabrın 24-dən) xüsusi vəziyyət və ko-mendant saatı tətbiq olunmuşdu.
Vəziyyəti nizama salmaq üçün SSRİ Ali Sovetinin Rəyasət Heyəti 1989-cu il yanvarın 12-də “Azərbaycan SSR-nin DQMV-də xüsusi idarəçilik formasının tətbiqi haqqında” qərar qəbul etmişdi.
Onda burada Muxtar Vilayət Xalq Deputatları Soveti və onun İcraiyyə Komitəsi hüququn-da mərkəzə tabe olan müvəqqəti xüsusi idarə komitəsi yaradılmışdı, bütün dövlət və ictimai or-qanların fəaliyyəti dayandırılmışdı. Lakin bu, Azərbaycan SSR-in suveren hüquqlarının mərkəz tərəfindən yenidən kobud sürətdə pozulması demək idi. Azərbaycan iki tərəfdən təzyiqə mə-ruz qalırdı… Erməni ekstremistləri isə respublikamızda vəziyyətin daha gərgin həddə çatmasına çalışır və buna nail olurdu.
İyunun 13-də gərginliyin yeni dövrəsi başlandı. Erməni millətçiləri DQMV-də xüsusi idarə komitəsinin tam imkan yaratdığı şəraitdə azərbaycanlılar yaşayan məntəqələrin blokadasına başladılar.
Naxçıvan Ermənistan tərəfindən blokadaya alındı, erməni silahlı quldur dəstələri Azərbaycanın sərhəd kəndlərinə basqınlar etməyə başladılar.
İyulda Dağlıq Qarabağda toqquşmalar artmışdı. Buradakı hərbi hissələrdə artıq vəziyyət kritik həddə çatmışdı və bundan istifadə edən ermənilər azərbaycanlıları DQMV-dən sıxışdırıb çıxarmağa başlamışdılar.
Nəticədə, Stepanakertdə yaşayan bütün azərbaycanlılar (14 min nəfər) qovuldu. Vəziyyəti Ermənistanın Azərbaycana qarşı təcavüzü, təhrikçi aktları daha da gərginləşdirdi. Dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-i və Dağlıq Qarabağı birləşdirmək haqqında” qeyri-qanuni qərar qəbul etdi. SSRİ höküməti isə bu özbaşınalığın vaxtında qarşısını ala bilmə-di.
Artıq Azərbaycanın ayrılmaz ərazisi olan Dağlıq Qarabağda erməni quldurları özbaşınalıq edirdilər. Yanvarın 4-də DQMV-də yaşayan azərbaycanlıların respublika əhalisinə müraciəti “Şuşa” qəzetində çap olundu və geniş yayıldı. Bu müraciət adamları riqqətə gətirirdi. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndləri ermənilər tərəfindən hər gün atəşə tutulur, yol-larımız bağlanırdı. Günahsız qanlar axıdılır, kəndlərimiz boşaldılırdı. Artıq Daşbulaq və Həsə-nabad kəndlərində bir nəfər də olsun həmvətənimiz qalmamışdı. Qədim Xankəndindən və Er-mənistandan qovulan bacı və qardaşlarımız qışın sərt günlərində evsiz-eşiksiz qalmışdılar, quru çörəyə, yatağa möhtac idilər. Belə məqamda xalqımız Qarabağ haqqında son və qəti sözünü deməliydi.
1990-cı il yanvarın 9-da “DQMV-nin 1990-cı il üçün sosial-iqtisadi inkişafı haqqında” qərar layihəsinin tələbləri dövlət planına daxil edildi. Ermənistanda müxtəlif silahlı qeyri-formal təş-kilatlar yaradıldı. Erməni Milli Ordusu. Erməni Ümummimilli Hərəkatının hərbi təşkilatı, Res-publika partiyasının müstəqil ordusu, “Milli İttifaq Ordusu”, “Sasunlu Davud”, “Vretaruner” və digər bitərəf silahlı dəstələr fəaliyyətlərini gücləndirdi. Bu qeyri-formal hərbi hissələrə 140 min erməni səfərbərliyə alındı.
Vəziyyəti yanvarın 12-də Ermənistan SSR-dən olan silahlı quldur dəstələrinin bir neçə hərbi vertolyotla Azərbaycan SSR-nin Xanlar rayonunun Quşçu kəndinə atılaraq, dinc əhaliyə divan tutması, odlu silahla onlarla adamı, qoca və uşağı vəhşicəsinə öldürməsi daha da gərginləşdir-di.
Sərhəd yaşayış məntəqələrinə, DQMV-dəki azərbaycanlı kəndlərinə silahlı hücumların ardı-arası kəsilmirdi. Xalqı təşkil olunmuş erməni qeyri-formal hərbi hissələrinin silahlı təcavüzün-dən qorumaq üçün AXC yanvarın 12-də Milli Müdafiə Şurası təsis etdi. Hətta, respublika rəh-bəri xalqı silahlı fəhlə dəstələri yaratmağa çağırdı. İlk müdafiə dəsətələri DQMV ətrafına gəti-rildi…
Ölkədə yaranan hərc-mərclikdən, “saqqallıları”n özbaşınalığından Dağlıq Qarabağın erməni əhalisi də cana gəlmişdi. Onlar vilayət rəhbərlərindən dinc həyatı bərpa etməyi, silahlı erməni quldurlarını zərərsizləşdirməyi tələb edirdilər.
Separatçılar, onlara köməyə gəlmiş erməni quldur dəstələri isə hələ də erməni əhalisini qor-xu və təzyiq altında saxlayır, regionda gərginliyin azalmasına yol vermirdilər.
Yanvarın 13-də Oqanesyan familiyalı erməninin iki nəfər azərbaycanlını öldürməsinə cavab olaraq Bakıda erməni qətliamları başlandı. 13-15 yanvar talanları milisin və daxili qoşun hissə-lərinin qarışmazlığı şəraitində baş verirdi. Ordu hissələri isə artıq yanvarın 17-də Bakını müha-sirəyə almışdı. Minlərlə cavan, qoca, qadın, uşaq… qoşunları şəhərə buraxmamaq üçün giriş-çıxış yollarını kəsmişdilər. Şəhərdəki Salyan kazarmaları mühasirəyə alınmışdı…
Bütün respublika, o cümlədən kənd əhalisi həyəcan içində və ayaq üstə idi.
MK binası qarşısında çoxminlik mitinqlər keçirilirdi. Respublika rəhbərlərindən istefa tələb olunurdu. Mərkəzin qəti və təsirli tədbirlər görməməsi, respublika ali orqanlarının acizliyi xalqın rəhbər işçilərə nifrətini artırırdı. Camaat bütün vəzifəli şəxslərin simasında mərkəzə yal-taqlanmağı, tutuduğu vəzifədə möhkəmlənməyi xalqın mənafeyindən üstün tutan vəzifə sahib-lərini görmək istəmir, onları “manqurt” adlandırırdı.
Mərkəz Bakıda çeviriliş olacağından, Azərbaycanın SSRİ-dən ayrılacağından qorxurdu…
Ümumiyyətlə, ermənilərin həyata keçirdikləri türk-müsəlman soyqırımları həmişə öz dəhşətləri ilə yadda qalıb.
1915-ci ildə Azərbaycan Xoy və Salmas şəhərlərində 100 mindən artıq Azərbaycan nürkünün öldürülməsi, 1917-ci iln əvvəllərindən 1918-ci ilin martınadək olan müddətdə İrəvan quberniyasında 197 kəndin talan edilməsi, bu kəndlərdə yaşayan 135 000 nəfər azərbay-canlının vəhşicisinə öldürülməsi və yurd-yuvalarından didərgin salınması, 1918-ci ildə isə Ur-miya şəhərində 10 mindən artıq Azərbaycan türkünün xüsusi qəddarlıqla qətlə yetirilməsi əsl dəhşət olub.
Erməni vandalizmi yalnız bu dəhşətlərlə qurtarmayıb.
1918-ci ilin payızında Zəngəzur qəzasının 115 kəndi yandırılıb. Həmin kəndlərdə 7729 nə-fər (3257 kişi, 2276 qadın, 2196 uşaq) qətlə yetirilib və 2339 nəfər isə (1060 kişi, 794 qadın, 485 uşaq) şikəst edilib. Bu ərəfədə digər yaşayış məntəqələrində daha 19 amansız qəddarlıq hadisəsi qeydə alınıb.
Ömrü iki il olmuş Azərbaycan Demokratik Respublikasının Fövqəladə İstintaq Komissiyası 1917-1920-ci illərdə türk-müsəlman əhalisinə qarşı ermənilər tərəfindən edilən vəhşilik və zo-rakılığa dair 36 cildlik, 3500 səhifəlik istintaq materialları hazırlayıb. İstintaq materiallarından göründüyü kimi ermənilər tərəfindən təkcə 1920-ci ilin iyul ayında Zəngibasarda 48 kənd tama-milə yandırılmış, 18 gənc qız və qadın əsir aparılmış, 400-dən çox uşaq, 150 qoca kişi və qadın öldürülmüş, 100 xəstə odda yandırılmış, 816 qaçqın Arazda boğulmuş, 160000 nəfər azərbay-canlı güneyə qaçaraq pənah aparmışdır.
Vedibasarda isə 118 kənd yandırılmış, 900 nəfər artilleriya atəşindən ölmüş, 6 qadın əsir aparılmış, 300-dən çox uşaq və qocanın həyatına son qoyulmuşdur.
Dərələyəzdə 74, Şərur və Şahtaxtı rayonlarında isə 76 kənd yerlə-yeksan olunmuş yandırılmışdır. Şərurda 810 xəstə yatağında qətlə yetirilmiş, 144 qadın əsir götürülmüş, artille-riya atəşindən 72 nəfər həlak olumuş, 153 qoca kişi və qadın həyatı ilə vidalaşmışdılar. Şah-taxtında isə 3 qadın əsir aparılmış, 35 uşaq, 14 qoca kişi. 8 qarı və 9 xəstə öldürülmüşdür.
1918-ci ilin mart-aprel olaylarında erməni-bolşevik silahlı dəstələri tərəfindən Bakıda 12-15 min müsəlman qanına qəltan edilmişdir…
80-ci illərin sonunda Qərbi Azərbaycandan (Ermənistandan) türk-müsəlman əhalisinin qo-vulması zamanı da dəhşətli olaylar baş verib.
Xəstəxanada həkimlər tərəfindən 2 nəfər öldürülüb, 41 nəfər döyülərək qətlə yetirilib, 10 nəfər asılıb, 3 nəfər boğulub, 49 nəfər qaçarkən soyuqdan donub, əzab-işgəncə ilə 22 nəfərin başı kəsilib və s, və i.
Ümumiyyətlə, hadisələr zamanı Qərbi Azərbaycanda öldürülən 216 nəfərin 57 nəfəri qadın. 5 nəfəri qoca, 18 nəfəri uşaqdır.
Ötən əsrin Xocalı faciəsi daha dəhşətli idi. 7000 nəfərdən çox əhalisi olan Xocalının dərdi bizləri bu gün də göynədir. Əhalisi tam şəkildə didərgin salınıb, 600-dən çox adam isə, xüsusi amansızlıqla qətlə yetirilib.
…Bəli, 1990-cı ilin yanvar ayının 19-da, gecə saat 12-də ən müasir silahlarla silah-lanmış ordu Bakıya daxil olub, yalın əllə torpağını müdafiə etmək istəyən oğullarımızı, qızlarımızı qana bələdi. Yüz əlli ilə yaxın bir müddətdə torpağımızdan sorub apardığı qızıl neftlə bərabər qızıl qanımızı da tökdülər.
Vətən torpağını sevmək, onu qorumaq, istəmək haçandan günah hesab olunmuşdur?
O qanlı şənbə gecəsi ağsaçlı Azərbaycan xalqı min illik qəhrəmanlıq tarixini dünya-ya yenidən göstərdi. O, öz varlığını bir daha sübut etdi. O sübut etdi ki, bu xalq aza-dlığı yolunda ölümə də hazırdır. Ölümə hazır olmayan millət isə, məhvə məhkumdur – azadlığını qazana bilməz!
“20 Yanvar Şəhidi” fəxri adının verilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikası Prezidentinin 31 mart 1998-ci il tarixli, 695 saylı fərmanına uyğun olaraq qərara alıram:
1990-cı il yanvarın 20-də keçmiş SSRİ silahlı qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş aşağıdakı Azərbaycan Respublikasının vətəndaşlarına “20 Yanvar Şəhidi” fəxri adı verilsin:
Abbasov Sabir Rzaqulu oğlu
Abbasov Zöhrab Heydərəli oğlu
Abbasova Fəridə Nəriman qızı
Abdullayev Eyyub Mahmud oğlu
Abdullayev Tariyel Hacıbala oğlu
Abdullayev Zahid Abdulla oğlu
Abdullayev Tariyel Oruc oğlu
Ağahüseynov Ağahəsən Yarı oğlu
Ağahüseynov Nurəddin Aslan oğlu
Ağaverdiyev Aslan Əlikram oğlu
Alimov Ramis Xarisoviç
Allahverdiyev İlham Əjdər oğlu
Allahverdiyev Nəriman Əmir oğlu
Allahverdiyev Ruslan Kamal oğlu
Allahverdiyeva Fərizə Çoban qızı
Aliməmmədov Teymur Yəhya oğlu
Atakişiyev Bəhruz Tofiq oğlu
Atakişiyev Şakir Xandadaş oğlu
Babayev Əlövsat Hidayət oğlu
Babayev Fuad Yavər oğlu
Babayev Rahim Vaqif oğlu
Babayeva Sürəyyə Lətif qızı
Bağırov Baloğlan Həbib oğlu
Bağırov Telman Malik oğlu
Baxşəliyev Elçin Mirzə oğlu
Baxşıyev Salman Babaxan oğlu
Bayramov İsabala Əli oğlu
Bessantina Vera Lvovna
Bədəlov Rövşən Seyfulla oğlu
Boqdanov Valeriy Zakiroviç
Bünyadzadə Ülvi Yusif oğlu
Cavanşirov İlkin Zülqədər oğlu
Cəfərov Əbülfəz Böyükağa oğlu
Durdıyev Anagəldi
Eminov Vəfadar Osman oğlu
Əbilhəsənov İlqar Yusif oğlu
Əbülfətov Mircamal Mirsaleh oğlu
Əhmədov İlqar Hümbət oğlu
Ələkbərov Azər Nəsib oğlu
Əsgərov Novruz Faiq oğlu
Ələsgərov Zaur Rasim oğlu
Əliyev Əruz Əhmədəli oğlu
Əliyev Bayram Mədət oğlu
Əliyev Çingiz Mirzəhüseyn oğlu
Əliyev Xəlqan Yusif oğlu
Əliyev Namiq Kamil oğlu
Əliyev Rüstəm Şahvələd oğlu
Əliyev Zahid Bayram oğlu
Əliyev Zəbbulla Xeyrulla oğlu
Əlizadə Faiq Əbdülhüseyn oğlu
Əsədullayev Asif Kamil oğlu
Əşrəfov Rəhman İsmixan oğlu
Əzizov Habil Komunar oğlu
Hacıyev Mübariz Məhəmməd oğlu
Həmidov İzzət Atakişi oğlu
Həmzəyev Balahüseyn Mirqəzəb oğlu
Həsənov Əli Xudaverdi oğlu
Həsənov Mehman İbrahim oğlu
Həsənov Müzəffər Qəzənfər oğlu
Həsənov Sahib Nəsib oğlu
Həşimov İsrafil Ağababa oğlu
Hüseynov Əlimərdan Əbil oğlu
Hüseynov Nəriman Vəli oğlu
Hüseynov Rahib Məmməd oğlu
Xammədov Baba Məmməd oğlu
Xanməmmədov Cəbrayıl Hüseynxan oğlu
Xaritonov Vladimir Aleksandroviç
İbrahimov İbrahim İsmayıl oğlu
İbrahimov İlqar Rəşid oğlu
İmanov Elçin Beydulla oğlu
İsayev Fəxrəddin Xudu oğlu
İsayev Müşviq Ağaəli oğlu
İsayev Rauf Sultanməcid oğlu
İsmayılov Cavad Yunus oğlu
İsmayılov Məmmədəli Novruz oğlu
İsmayılov Rəşid İslam oğlu
İsmayılov Tofiq Babaxan oğlu
İsrayılov Ağanəzər Araz oğlu
Kazımov Əflatun Həşim oğlu
Kərimov Aleksandr Ramazan oğlu
Kərimov İlqar İsa oğlu
Kərimov Oqtay Ayvaz oğlu
Qayıbov Ələsgər Yusif oğlu
Qasımov Abbas Şəmməd oğlu
Qasımov Yusif İbrahim oğlu
Qeybullayev Elçin Suyəddin oğlu
Qəniyev Mirzə Rzabala oğlu
Qocamanov Əliyusif Bilal oğlu
Quliyev Səxavət Balay oğlu
Marxevka Alekandr Vitalyeviç
Meyeroviç Yan Maksoviç
Məmmədov Eldar Zeynal oğlu
Məmmədov İbiş Behbud oğlu
Məmmədov Kamal Seyidqurban oğlu
Məmmədov Mehman Sahibəli oğlu
Məmmədov Məmməd Yarməmməd oğlu
Məmmədov Rahim Vəliağa oğlu
Məmmədov Səxavət Heydər Əli oğlu
Məmmədov Şahin Zahid oğlu
Məmmədov Vaqif Məmməd oğlu
Məmmədov Vidadi Üzeyir oğlu
Məmmədova Larisa Fərman qızı
Məmmədova Svetlana Həmid qızı
Mirzəyev Azad Əliheydər oğlu
Mirzəyev Elçin Hüseynqulu oğlu
Mirzəyev Vaqif Səməd oğlu
Mövludov Fuad Fərhad oğlu
Muxtarov Rasim Mustafa oğlu
Muradov Mehman Əsəd oğlu
Mursaqulov İsmayıl Həsən oğlu
Musayev Tofiq Ayvaz oğlu
Mustafayev Mahir Vaqif oğlu
Nəsibov Allahyar İsgəndər oğlu
Nəsirov Yanvar Şirəli oğlu
Nikolayenko Alla Alekseyevna
Nişşenko Andrey Aleksandroviç
Novruzbəyli Ağabəy Oqtay oğlu
Nuriyev Zahir Zəbi oğlu
Orucov Rafiq Ümid oğlu
Orucov Rəfael Ümid oğlu
Orucov Şəmsəddin Əbilhəsən oğlu
Poladi Saleh Əliqulu oğlu
Rəhmanov İslam Oqtay oğlu
Rüstəmov Rövşən Məmməd oğlu
Rzayev Azad Allahverdi oğlu
Sadıqov Yusif Allahverdi oğlu
Salahov Şərafəddin Müzəffər oğlu
Salayeva Sevda Məmmədağa qızı
Semyonov Vladimir Aleksandroviç
Səfərov Bafadar Ağamirzə oğlu
Şərifov Mürvət Rəhim oğlu
Tokarev Vladimir İvanoviç
Tuxtamışov Fərqat Şərifullaeviç
Turabov Tengiz Məmməd oğlu
Yaqubov Nüsrət İsmayıl oğlu
Yefimiçev Boris Vasilyeviç
Yusupov Oleq Kərimoviç
Zülalov İsbəndiyar Adil oğlu
Azərbaycan Respublikasının Prezidenti Heydər Əlİyev.
Bakı şəhəri, 17 yanvar, 2000-ci il. № 259.
“Araz” Media Qrupunun və araz.az xəbər portalının redaksiya kollektivi.
araz.az xəbər portalı.