Oktyabrın 2-də ölkəsinin İstanbuldakı konsulluğunda öldürülən və cəsədi elektrik mişarı ilə doğranan səudiyyəli müxalif jurnalist Camal Xaşoginin cəsəd parçalarının hansı avtomobillə daşındığı üzə çıxıb. Virtualaz.org xəbər verir ki, “Sözçü” qəzeti Xaşoginin cəsəd parçaları doldurulmuş torbaların yükləndiyi və konsulluğa aid olan avtomobillərin fotolarını yayıb. Fotolara əsasən avtomobillər kimyəvi təmizləməyə verilib və yuyulub. Avtomobilləri təmizləyən avtoyuma məntəqəsi işçiləri polis tərəfindən dindirilib. Polis onlardan avtomobillərin salonunda qan izinin olub-olmadığını soruşub.
Məlumata görə həmin avtomobillərdən biri konsulluğa aiddir, digəri isə konsul Muhammed əl-Üteybinin xidməti avtomobilidir. Məlumata görə Camal Xaşogi konsulluğa girəndən sonra boğularaq öldürülüb, daha sonra cəsədi 3 hissəyə ayrılıb. Bunun ardınca cəsəd zibil torbalarına və çemodanlara qoyulub, konsulluğa aid mikroavtobusla əsas binadan 300 metr məsafədə yerləşən və konsulun yaşadığı iqamətgaha aparılıb. Cəsədin parçalanma işləri orada davam edib. Mikroavtobus isə qarajda 3 gün saxlanılıb, oktyabrın 5-də Leventdəki avtoyuma məntəqəsinə aparılıb və yuyulub.
Camal Xaşoginin cəsəd parçalarının harada olduğu hələ də açıqlanmır. Səudiyyə tərəfinin versiyasına görə cəsəd türkiyəli “işbirlikçiyə” verilib və onun vasitəsilə basdırılıb.
araz.az xəbər portalı.