Onkoloji xəstəliklərin müalicəsinin icbari tibbi sığorta ilə əhatə olunması təklif edilib. 

araz.az   Sığortalı Azərbaycan-a istinadən  xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün   keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

“Orqan transplantasiyası, sümük iliyi transplantasiyası əməliyyatlarının icbari tibbi sığorta çərçivəsində qarşılanması bizi sevindirir. Bu sahədə hələ problemlər qalmaqdadır. İcbari tibbi sığortadan məmnunluq artsa da, bu xidmət bütün xəstəlikləri qarşılaya bilmir, bu da haqlı narazılığa səbəb olur. Səhiyyə komitəsi olaraq hesab edirik ki, icbari tibbi sığorta bir sıra xidmətləri çıxmaqla (estetik əməliyyatlar, stomatoloq işləri və s) bütün müayinə və müalicəni əhatə etməlidir. Onkoloji xəstəliklərin müalicəsinin hələ də icbari tibbi sığorta ilə əhatə olunmaması böyük problemdir. Bununla bağlı iş gedir. Əmin olmaq istəyirəm ki, bu yaxınlarda bu məsələ öz həllini tapacaq”, – deyə Əhliman Əmiraslanov qeyd edib.

Sığortalı Azərbaycan – https://sigortaliazerbaycan.com/ – Sigorta Medya Nəşridir – bütün hüquqlar qorunur

Sigorta Medya Türkiye – www.sigortamedya.com.tr

Sığorta növləri və ümumi sığorta fəaliyyətləri haqqında ətraflı məlumat almaq üçün veb saytımıza daxil ola bilərsiniz. Hər gün daha inkişaf etmiş cəmiyyət olmaq məqsədi ilə addımlar atırıq. Sığorta xidmətlərinin nə qədər vacib olduğunu izah etmək, üçün ən son məlumat ları və xəbərləri daxil edirik. Faydalanmaq istədiyiniz sığorta növləri haqqında ətraflı məlumat əldə etmək üçün saytımıza nəzər yetirə bilərsiniz. Saytımız vasitəsi ilə eyni zamanda həm fərdi həm korporativ sığorta növləri ilə tanış ola və bütün suallarınıza dərhal cavab ala bilərsiniz. Bizim saytımızın köməyi ilə şəxsi pensiya və həyat sığortası ilə bağlı maraqlandığınız bütün suallara cavab tapa bilərsiniz.

araz.az xəbər portalı.