Almaniyada qaçqınların uzun illərdir gözlədiyi ikili vətəndaşlığı asanlaşdıran qanun layihəsi qəbul edilib.

 araz.az  Sonxeber.az-a istinadənxarici mənbəyə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyası (SPD) və Yaşıllar və Azad Demokrat Partiyasının (FDP) yaratdığı koalisiya hökumətinin hazırladığı “Vətəndaşlıq Qanununun Müasirləşdirilməsi” adlı qanun layihəsinin lehinə 382 səs verilib.

Layihəyə 234 “xeyr” səsi verilsə də, 23 deputat bitərəf qalıb.

Xalq arasında “ikili vətəndaşlıq qanunu” kimi tanınan bu layihə ilə Almaniya vətəndaşlığını əldə etmək üçün tələb olunan qanuni yaşayış müddəti 8 ildən 5 ilə endirildi.

Almaniya vətəndaşlığını almaq istəyən şəxsin ölkədəki həyat şəraitinə uyğunlaşmaqda peşəyə yiyələnməsi , könüllü iş görməsi yaxud dili öyrənmək üçün cəhd göstərməsi hallarında bu müddət 3 ilə endirilib.

araz.az xəbər portalı.