Öz gələcəyini görmək, həyatda baş verən hadisələrin sirli məqamlarına vaqif olmaq hər kəsin arzusudur. Bu arzu insanları bəzən falçılara, ekstrasenslərə üz tutmağa vadar edir və əksəriyyəti bu yolla dələduzluq edənlərin qurbanına çevrilir.
Yayılan şayiələrə görə, falçılardan kömək uman insanlar arasında məşhur simalar, dövlət xadimləri də az deyil.
Maraqlısı odur ki, bu cür hallara qarşı nə ictimaiyyət, nə dövlət, nə də vətəndaş cəmiyyəti reaksiya vermir. Vəziyyət o həddə çatıb ki, internet üzərindən onlayn xidmət göstərən falçılar da var. İnsanları aldadıb, pulunu mənimsəmək üçün texnologiyanın son imkanlarından yararlananlar, “Skype”, “Facebook” və digər sosial şəbəkələrdə fala baxanlar da var.
İslamda falçılıq şeytan əməlidir
İslam dini falçılığa qarşı qəti mövqe nümayiş etdirir və onu şeytan əməli kimi səciyyələndirir: “Məlumdur ki, falçılıq qədim dövrlərdən mövcud olub və elə Həzrəti Məhəmməd peyğəmbərin (s) dövründə də fal oxları atıb, fala baxır, fal əsasında insanların taleyi ilə bağlı cəfəng iddialar irəli sürürmüşlər. Həzrəti Peyğəmbər (s) bu kimi hallara qarşı mübarizə aparır və insanları falçılardan uzaq olmağa çağırır. Maidə surəsinin 90-cı ayəsində bu haqda buyurulur: “Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!”
Beləliklə, İslam dini nə elmi, nə də dini əsası olan falçılığı qətiyyətlə rədd edir. Bu, insanların taleyi ilə oynamaq, insanları psixoloji cəhətdən özündən asılı etmək, bu asılılıq bahasına şəxsi mənfəət eldə etmək məqsədi daşıyan dələduzluqdur.
İnsanlar həyata rasional yanaşmalı, elmi və dini əsası olmayan falçılıq kimi çirkin işdən uzaq olmalıdırlar. İnsanlar əminliklə bilməlidirlər ki, Allah hər kəsə iradə azadlığı, seçim imkanları verib və taleyimizin necə olması bizim bu gün hansı addımı atacağımızdan asılıdır, falçıların verdiyi proqnozlardan yox… Həyata doğru-düzgün baxışla yanaşıb, həm rasional, həm də mənəvi cəhətdən düzgün addımlar atsaq, gələcəyimiz mütləq xoşbəxt olar.
Heç bir falçı insanın gələcəyini təyin edə, ona bu işdə yardımçı ola bilməz. İnsanın gələcəyi onun özündən, ətrafdakı obyektiv amillərdən və ümumilikdə, Allahdan asılıdır. İnsanın həyatında falçıya yer yoxdur! Falçıların öz həyatlarına bir baxın – onlar nəyəsə qadir olsaydılar, öz həyatları üçün bir gün ağlayardılar. Ümumiyyətlə, qeyd edim ki, falçılıq bir xurafatdır, mövhumatdır. Həqiqi İslam isə hər cür xurafat və mövhumatı rədd edir və ona qarşı mübarizə aparır”.
Etibarı kim qoruyur-polis?
Mozalan .az-ın məlumatına son illər “ulduz”u parlayan fırıldaqçı Etibar Nəsibovun Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, C.Cabbarlı küçəsi 6 ünvandakı evinin həyəti daim qələbəlik olur. Taleyin qismətinə qane olmayanlar, öz fərasətləri ilə uğur qazana bilməyənlər Etibarın iqamətgahına üz tutur, mövhumatçılar onun öncəgörücülük bacarığına inanır, gələcək işlərini proqnozlaşdırmaq üçün onun istədiyi pulu verirlər. Aldatmaq, inandırmaq qabiliyyətinə yiyələnmiş Etibar bütün işlərini din pərdəsi altında təqdim etməyə çox meyillidir. Buna aid misallar çoxdur. Çünki o, gördüyü və “gözə soxmağa” çalışdığı xeyriyyə işlərinin çoxunu da məhz İslam dininin ölkəmizdəki ocaqları sayılan pir və ziyarətgahlarda gerçəkləşdirib, özünü kifayət qədər və daha artıq reklam etməyi də unutmayıb. Bir ara özünə”Etibar Əli” adının verildiyini iddia edən Nəsibov İmam Əli əleyhissəlamın “sağ əlin verdiyini sol əl bilməməlidir” nəsihətini unudur. Nədən ki, onun indiyədək ictimaiyyətdən gizli saxladığı elə bir xeyirxah, savab işi olmayıb ki, özünü reklam etməmiş olsun.Hüquqşünas diplomuna yiyələnmiş olan Etibar Nəsibov öz həqiqi ixtisas bilgilərindən yalnız deyəsən hüquq-mühafizə orqanları əməkdaşları ilə dil tapmaq məsələsində yararlanır. Belə ki, yaşayıb fəaliyyət göstərdiyi indiki və əvvəlki ünvanlarda polis sahə müvəkilləri onun müştərilərini qovmayıblar. Halbuki, başqa ünvanlarda izdiham gözə dəyəndə “piketdi, aksiyadı” deyə hamını qovub pərən-pərən salırlar. Demək, Etibar Nəsibov əhalinin cibinə girərək, əldə etdiyi haram qazancı öz himayədarları ilə bölüşür ki, ona “gözün üstə qaşın var” deyən yoxdu.Etibar Nəsibov kifayət qədər savadlı adamdır və çox güman bilməmiş deyildir ki, müsəlmanların müqəddəs kitabı olan Qurani-Kərimdə ən sonuncu öncəgörənin sonuncu peyğəmbər Məhəmməd əleyhissəlam olduğu göstərilib.Onu da bilməmiş olmaz ki, gələcəkdən xəbər verməyə iddialı olanların aqibətinin cəhənnəm olduğu da xəbər verilib. Deməli, onu axirət yox, fani dünyanın işləri, şəxsi qazancı maraqlandırır. Bu isə o anlama gəlir ki, Etibarın imanı yoxdu. İmansız adamdan isə kömək ummağa dəyməz.
Bu adamın facebok sosial şəbəkəsində belə səhifəsi var. Özünü hüquqşünas kimi qeyd edib. Rus televiziyasında yayımlanan “Bitva ekstrasensov” verilişindəki çıxışından çox yazır. Ancaq qeyd etmir ki, ordakı proqnozlarının çoxu heçə çıxdı və yarışdan niyə tez uzaqlaşdırıldı.
Facebook sosial şəbəkəsindəki “öncəgörüntüləri” isə ağıllı insanda ancaq gülüş doğura bilər. Belə səfeh açıqlamaları nadir hallarda görmək olur. Bununla belə avam kütlə bunlara inanır. Etibar kimilərinin gəlir mənbəyinə çevrilir.
Mozalan.az olaraq Etibar Nəsibovun ( Nəısibli) “ekstrasens”lik seansından bir videonu təqdim edirik. Ekstrasens olan şəxs adama “Sənə cin aşiq olub” deyərmi?
[bt_youtube url=”https://youtu.be/g-aDrTCFHzU” width=”600″ height=”400″ responsive=”yes” autoplay=”no”][/bt_youtube]
araz.az xəbər portalı.