“Azersun Holding” MMC-yə daxil olan “Qazax Konserv Zavodu” ASC-nin İdarə Heyətinin sədri dəyişdirilib.

araz.az   bu barədə əldə etdiyi məlumata istinad edir.

Məlumata əsasən, Mirzə Əhmədov Rəcəb oğlu sədr seçilib. O, bu vəzifədə Ozal Bakırı əvəz edib.

Zavod 2012-ci ildə ölkə prezidenti istismara verilib.

Ümumi sahəsi  4.253 hektar olan müəssisənin  illik istehsal gücü 7 000 tondur.

Müəssisənin kənd təsərrüfatı sahəsində kartof əkini həyata keçirilir.

Bundan əlavə ətraf bölgələrdən alınan kənd təsərrüfatı məhsulları dondurularaq ehtiyat deposunda  saxlanılır. Depoda dondurulmuş halda saxlanılan  məhsullardan feyxua, nar, gilas, albalı, zoğal, yemişan və s. qeyd etmək olar.

araz.az xəbər portalı.