Uzun müddət masa arxasında oturmaq və işləməyi həyat tərzinə çevirmək insan ölümlərini tezləşdirir. Mütəxəssislər oturaq işlə məşğul olanlara tez-tez qalxıb hərəkət etməyi məsləhət görürlər.


araz.az reyting.az-a istinadən xəbər verir ki, uzun müddət masa arxasında oturmaq və bunu həyat tərzinə çevirmək ürək xəstəliyindən ölmə riskini 34 faiz artırır.

Tayvanlı tədqiqatçılar araşdırmalar zamanı müəyyən nəticələr əldə ediblər. Onların qənaətinə görə, masa arxasında oturmaq vaxtından əvvəl ölüm riskini 16 faiz artırır.

Taypey Tibb Universitetindən doktoru Min-Kuang Tsai deyib ki, işəgötürənlər işçilərinin fiziki fəaliyyətlə məşğul olmaları üçün iş yerində xüsusi yerlər təqdim etməklə hərəkətin asanlaşdırılmasında rol oynaya bilərlər:

“Bizim tapıntılar göstərir ki, oturaq həyat tərzi keçirənlər üçün ürək xəstəliyindən ölmək və erkən ölmək riski artır”.

Ümumdünya Səhiyyə Təşkilatı da oturaq həyatın “ən böyük qatil” olduğunu bildirir. Kifayət qədər məşq etməmək 2-ci tip diabet, ürək xəstəliyi, xərçəng və demensiya riskini artırır. Hər gün fiziki fəaliyyət tövsiyə olunur.

Elm adamları müasir həyatda hərəkətsizliyin qarşısını almağın ən asan yolu kimi gündəlik idmanı göstərirlər.

Tayvanda 13 il ərzində 481 min 688 nəfər üzərində aparılan araşdırma riskin qarşısını almaq üçün müəyyən aralıqlarla masadan qalxmağın vacib olduğunu göstərir.

Qışda çox soyuq olan Rusiya və Skandinaviya ölkələrində bir çox insan sağlamlığını qorumaq üçün buz kimi sularda üzür. Bununla belə, mütəxəssislər buz kimi suya girməyi yalnız sağlam insanlar üçün uyğun hesab edirlər. Ürək xəstəliyi və yüksək təzyiqi olanlara qışda soyuq su ilə duş qəbulu da məsləhət deyil.

“Science of the Total Environment” ekoloji jurnalda dərc olunan və Sinqapurda aparılan araşdırma göstərir ki, hava temperaturunun sadəcə bir dərəcə aşağı düşməsi belə infarkt riskini 12 faiz artırır. Bu səbəbdən də, xüsusilə 65 yaşdan yuxarı insanların qışda soyuq su ilə duş qəbul etməsi məsləhət deyil.

araz.az xəbər portalı.