“Sivil Toplum” Monitorinq Koalisiyası ABŞ Azərbaycan Respublikasındakı səfirliyinin binasında ABŞ-ın, Avropa İttifaqının, Almaniy Federativ Respublikasının və Fransanın Azərbaycandakı səfirliklərinin nümayəndələri görüş keçirdi.
22 yanvar 2024-cü il tarixində “Sivil Toplum” Monitorinq Koalisiyası həmsədrləri Qorxmaz İbrahimli (“Demokratik Seçki Mərkəzi” İctimai Birliyinin sədri) və Əhməd Abbasbəyli («Cəмiyyətin İnкişаfı Mərkəzi» Ictimаi Birliyinin sədri) ilə ABŞ-ın Azərbaycandaı səfirliyinin binasında keçirlən görüşdə ABŞ səfirliyin siyasi müşaviri Brett Dvorak, Avropa İttifaqının səfirliyinin məsul şəxsi Annaliza Giansanti, Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin birnci katibi Marsel Vietor, Fransanın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə məsul şəxsi Eva Sey iştirak ediblər.
Görüşdə Qorxmaz İbrahimli əvvəlcə “Sivil Toplum” Monitorinq Koalisiyası haqqında, 07 fevral 2024-cü il tarixdə keçiriləcək Azərbaycan Respublikasının Prezidentinin növbədənkənar seçkilərində qarşıda duran vəzifələr barədə məlumat verib. Sonra Əhməd Abbasbəyli isə seçki mühiti, seçki prosesinin müşahidəsindən danışaraq, keçiriləcək seçkilərdə Koalisiyanın müşahidəçilərinin görəcəyi işlər barədə məlumat verib, müşahidəçilərin bu prosesdə əhəmiyyətini vurğulayaraq, faydalı olacağına inandığını bildirdi. Həmsədrlər seçki ərəfəsində və seçki dövründə söz və mətbuat azadlığı, sərbəst toplaşma və s. bu kimi fundamental azadlıqlarn təmin olunması vəziyyəti barədə danışılıb, seçkilərin namizədlərin irəli sürülməsi, qeydiyyatı və təşviqat mərhələsində yol verilmiş nöqsanlar, seçici siyahısı ilə, məntəqə seçki komissiaylarının təşkili ilə bağlı problemlər barədə məlumat verilib. Görüş zamanı, bir sıra məsələlər ətrafında müzakirələr aparılıb.
araz.az xəbər portalı.