Qırğızıstanın Çinin Sincan-Uyğur Muxtar Bölgəsi ilə sərhədində 7 bal gücündə zəlzələ baş verib.

araz.az  xəbər verir ki, zəlzələnin episentri Qızıl-Su rayonu yaxınlığında yerləşib. Yeraltı təkanların episentri Aksu vilayətindən 121 km qərbdə və Almatıdan 270 km cənub-şərqdə yerləşir, ocağı isə 9 km dərinlikdədir.

Bəzi mənbələr yeraltı təkanların 7,2 bal gücündə olduğunu yazıb. Fəsadlar barədə hələlik məlumat yoxdur.

araz.az xəbər portalı.