SOCAR-da ailə başçısı iş yerində vəfat edir, ailəyə yardım göstərilir, amma sonda vergitutma qan qaraldan olur… Məsələyə Neftçilərin Hüquqlarının Müdafiəsi İB-nin hüquqşünası Azər Quliyev belə aydınlıq gətirib:
“Vəfat edən işçinin ailəsinə “SOCAR-da işçiyə yardım göstərilməsi haqqında Əsasnamə”yə əsasən – 6900 manat məbləğində maddi yardım ödənilib, lakin bu maddi yardımdan 1000 manata yaxın gəlir vergisi tutulub. Bu nə dərəcədə qanunidir və ya AR-nın Vergi Məcəlləsinı uyğundurmu? Bildirirəm ki, Fzərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən yardım da daxil, bu maddi subyektlər gəlir vergisindən azaddır: “102.1.3.2. hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri.
102.1.4. Hüquqi şəxsin, onun filialı və ya nümayəndəliyinin, habelə fərdi sahibkarın fəaliyyətinin ləğvi və işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə, habelə işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə isə vəfat edənin vərəsələrinə Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar”.
Bəli, yardım imkansıza əl tutmadır. Əl tutulandan vergi tutmaq da məntiqdən tam uzaqdır. Ya SOCAR-ın mühasibatlığında qanunun bu bəndindən xəbərsizdirlər, ya da… Başqa səbəb isə ola bilməz…
A.MƏMMƏDLİ.
araz.az xəbər portalı.