Ülkər Qasımova “Xəzər Media Mərkəzi”ndən ayrılıb.

Bu barədə o, sosial şəbəkədə bildirib.

““Xəzər Media Mərkəzi”ndəki fəaliyyətimə fasilə vermək qərarına gəldim. Fəaliyyətim dòvründə mənim “Xəzər”ə, “Xəzər”in sə mənə xeyir verdiyinə əminəm. Müzakirələrin fonunda olunan müqayisələr görülən işlərin, münasibətlərin çəkisini göstərir. Yəni müqayisələr insanın fəaliyyətinin və gördüyü işlərin tərəzisi olur. Əsas odur ki, görülən işlər, çəkilən zəhmətlər, düşünən beyinlər, yanan ürəklər izafi xərc olmasın!”.

Xatırladaq ki, Ülkər Qasımova 2022-ci ilin mayında “Xəzər” Televiziyasının İctimaiyyətlə əlaqələr və əməkdaşlıq departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.

O, daha əvvəl isə New24.az saytının baş redaktoru vəzifəsində və APA-da çalışıb.

araz.az xəbər portalı.