“Əsl erməni xarakterli yazıçı Lyubik Çibuxçyanın yeganə hobbisi azərbaycanlı müğənni Elnarə Abdullayevanın muğamları olub”.
Cebhe.info xəbər verir ki, bunu BDU-nun Tarix fakültəsinin Erməni Araşdırma Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdiyev deyib.
O bildirib ki, 170-dən çox kitabın müəllifi L.Çibuxçyan vaxtilə Ermənistanda bütün titullara malik olan yazıçılardan biri olub:
“Hətta Rusiya prezidenti Vladimir Putin haqqında da kitab yazaraq onun özünə təqdim edib. Tavuş rayonunda yaxşı vəzifədə də işləyirdi. Özünün dediyinə görə, onun tək hobbisi bizim muğam müğənnimiz Elnarə Abdullayevanın mahnılarına qulaq asmaq olub. Buna görə də 2014-cü ildə “Elnara” adlı kitabını dərc etdirib. Bütün “qara” günləri də bundan sonra başlayıb. Buna görə də erməni hakim dairələri onu bütün titullardan məhrum etməklə kifayətlənməyib, vəzifəsindən də uzaqlaşdırıblar. O zamanki prezident Serj Sarkisyana 12 şikayət məktubu yazsa da, Serjikdən cavab almayıb. Buna baxmayaraq, o, Serjikin şərəfinə “Sən Millətin Kimi Hamıdan Böyüksən, Serj” adlı kitab da yazıb. Serjikdən yenə də cavab almayan yazıçı bu dəfə Azərbaycandan sığınacaq istəyəcəyini bildirib. Hətta bu haqda bütün erməni mətbuatı da məlumat verib. Lakin yenə də onun dərdinə çarə qılan olmayıb. İndi də ümidi Paşinyana gəlir. Buna görə də ona həsr etdiyi yeni “İcevan Planetindən Enmiş Xilaskar” adlı kitabını dərc etdirib. Paşinyan isə hələ ki, öz problemləri ilə məşğuldur. Bir sözlə, gah nala, gah da mıxa vuran naəlac yazıçı Çibuxçiyanın ümidi Allaha qalıb”.
Yeganə Oqtayqızı
Cebhe.info
araz.az xəbər portalı.