Ötən ilin ilk 11 ayında Azərbaycan Türkmənistandan 551 min 680 ton xam neft, 1 milyard 402 milyon 767 min kub metr təbii qaz alıb.
araz.az açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, Türkəmistandan alınan xam neftin 1 tonunun orta gömrük dəyəri 576 dollar, təbii qazın 1000 kub metrinin orta gömrük dəyəri isə 143 dollar olub.
Məlumat üçün bildirək ki, eyni dövürdə Azərbaycanın xaricə satdığı xam nefin 1 tonun orta gömrük dəyəri 624 dollar, təbii qazın 1000 kub metrinin orta gömrük dəyəri isə 524 dollar olub.
araz.az xəbər portalı.