Qərbi Azərbaycan İcmasının Gənclər Şurası sədrinin müavini, Milli Məclisin deputatı Kamal Cəfərov Azərbaycana qarşı ikili standartlarla yanaşan Avropa Şurasının ikiüzlü komissarı Dunya Miyatoviçi ifşa edib.

araz.az   xəbər verir ki, Kamal Cəfərov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında məruzə ilə çıxış edən Avropa Şurasının insan hüquqları üzrə komissarı Dunya Miyatoviçin regiona son səfərinə dair hesabatına Ermənistandan qovulmuş azərbaycanlılar məsələsini qəsdən daxil etməməsinə diqqəti yönəldərək, bu etnik diskriminasiyanın səbəblərinə və öz dürüstlüyünü qorumaq üçün bütün etnik qruplara qərəzsiz yanaşmanı necə təmin etdiyinə dair izahat verməsini komissardan tələb edib.

Sual qarşısında aciz qalan Dunya Miyatoviç özünü təmizə çıxarmaq üçün Ermənistandan qovulan azərbaycanlılara qarşı qərəzi olmadığını bildirib və hesabatın guya ümumi xarakter daşıdığını iddia edərək növbəti dəfə yalan danışıb. Həqiqət ondan ibarətdir ki, komissar Ermənistanda Azərbaycandan köçmüş ermənilərlə, Azərbaycanda isə Ermənistandan köçmüş ermənilərlə görüşsə də, hesabatını müstəsna olaraq ermənilərə həsr edib və azərbaycanlılar haqqında bir kəlmə də olsun danışmayıb.

Bütün bunlar Avropa Şurasının necə miskin durumda olduğunu, Avropa İnsan Hüquqları Konvensiyası başda olmaqla, insan hüquqları mexanizmlərindən mənfur məqsədlər üçün necə sui-istifadə edildiyini bariz şəkildə göstərir.

araz.az xəbər portalı.