Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrdə ən çox qol vurmuş cənubi amerikalı futbolçularının reytinqini tərtib edib.

araz.az   xəbər verir ki, bombardirlər siyahısına ABŞ-ın “İnter Mayami” klubunun argentinalı ulduzu Lionel Messi başçılıq edir. 37 yaşlı forvard XXI əsrdə ümumilikdə 821 dəfə fərqlənib.

Uruqvay millisinin hücumçusu Luis Suares (557) ikinci, onun həmyerlisi Edinson Kavani (440) isə üçüncü pillədə qərarlaşıb.

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun formasını geyinən braziliyalı Neymar isə 339 dəfə fərqlənib.

araz.az xəbər portalı.