“Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiq edilib.

araz.az   bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

İsmayılov Dağbəyi Mirzəxan oğlu

Müşahidə Şurasının üzvləri:

Əliyev Vüqar Zifər oğlu

Mehrəliyeva Şəfəq Akif qızı

Mikayılova Sevil Əlirazı qızı

Şıxlinskiy Elçin İsmayıl oğlu.

araz.az xəbər portalı.