photo_46366.jpgTürkiyənin Sivas şəhərində yaşayan İsmayıl Doğan 2 ay əvvəl ailə qurduğu azərbaycanlı qadının 10 ildir evli olduğunu öyrənib.

Axar.az xəbər verir ki, 32 yaşlı İsmayıl Doğan qohum tövsiyəsi ilə Kocaeli şəhərində yaşayan 26 yaşlı azərbaycanlı G.Daşdəmirova ilə 3 min lirə başlıq pulu ödəyərək dini nikahla evləndiyini deyib. Doğanın iddiasına görə, G.Daşdəmirova müxtəlif bəhanələr gətirərək davamlı olaraq pul tələb edib:

“Pul tələbi bitmək bilmirdi. Vəziyyətdən şübhələnib, rəsmi nikah bağlamaq istədik. Depressiyaya düşdüyünü dedi və dərhal müalicəyə başladı. Qaçacağını fikirləşib polisə müraciət etdik və onun 10 ildir evli olduğunu öyrəndik”.

İ.Doğan 60 min türk lirəsi məbləğində zərər gördüyünü deyərək prokurorluğa şikayət edib.

Qeyd edək ki, İsmayıl Doğan toy günü gəlin maşınının üzərinə “Türkiyədə yox idi, Azərbaycandan aldım” sözlərini yazdırıb.

araz.az xəbər portalı.