Azərbaycanda fəaliyyət göstərən “Elite Academy” təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil alacaqlarına imkan yaradacağına söz versə də, onları aldadıb.
Reyting.az saytı “Xəzər xəbər”ə istinadən xəbər verir ki, ilkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz vəziyyətlə üzləşiblər.
Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. Onlar da “Elite Academy”anın fırıldağı ucbatından digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.
Özünü “Elit Academy” şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirib ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.
Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.
Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər.
Fırıldaqçı şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.
araz.az xəbər portalı.