“Kənddə, ata yurdunda bir evim var. İmkan olanda bir gecəliyə gedirəm. Keçən  il üst-üstə 4 dəfə gedə bildim, bu il hələ imkan olmayıb. Orda olanda da işığın günboyu, gecəboyu sabit yandığını heç zaman görməmişəm; bir saat yananda iki saat fasilə edər, yaxud əksinə. 2023-cü il dekabrın sonunda işıq borcumu qapadım ki, yeni ilim “işıqlı” olsun. Dünən kəndlərin işıqçısı yazıb ki, köhnə ildən 200 manat borc qalıb”.

araz.az-ın xəbərinə görə, bunu “Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu bildirib.

“Deyirəm, necə ola bilər, axı keçən il gələn bütün hesabları ödəmişəm. İşıqçı da gecə saat 10-da başlayıb ki, mənə deyiblər, mən də sizə deyirəm, mənlik deyil. “Nə olar işıqçısan, gərək, gecəsimizi zəhərə çevirəsiz? Sizdə heç iş saatı, “özəl həyat” deyən bir anlayış yoxdur? Gecə vaxtı niyə kiməsə yazmalı, zəng etməlisiniz?”
İndi, hörmətli Azərişıq, iki suala cavab istəyirəm:

1. Ötən il bütün borcları ödədiyim halda (ödəniş qəbzlər var) bu 200 manat hardan çıxdı?

2. Gecə saat 10-da Azərişıq işçiləri niyə vətəndaşın mobil nömrəsinə yazıb və ya zəng edib ödəniş tələb etməlidir?” – o qeyd edib.

araz.az xəbər portalı.