Bu gün “Yeni Sabah” xəbər saytının fəaliyyətə başlamasının 5 ili tamam olur. Sayt 2019-cu il yanvarın 25-də fəaliyyətə başlayıb.

araz.az  bildirir ki, “Yenisabah.az” saytında cəmiyyətin bütün sosial təbəqələrini maraqlandıracaq xəbərlər, müsahibələr, araşdırma və açıqlamalar yayımlanır.
Modern.az “Yeni Sabah” saytının baş redaktoru Seymur Verdizadənin təəssüratlarını öyrənib.

 

O, saytımıza açıqlamasında qoyduqları hədəflərin bir çoxuna çatdıqlarını bildirib:

 

“Yeni Sabah” fəaliyyətə başlayanda, ölkənin xəbər məkanında ictimai fikrə təsir etmək imkanına malik olan onlarla sayt vardı. Biz ciddi rəqabət mühitində başladıq. Amma sayt açmaq xatirinə bu işə qol qoymadıq. Məqsədimiz sevilən, oxunan, ictimai fikrə təsir edən sayt ərsəyə gətirmək idi. Bu gün 5 yaşımızı tamamlayırıq. Kənar şəxslərin rəylərindən, oxucularımızın münasibətindən  bu qənaətə gəlmək olar ki, “Yeni Sabah” qarşısına qoyduğu hədəflərin müəyyən hissəsinə nail olub. Bir saytın mövcudluğu üçün 5 il o qədər də böyük zaman kəsiyi deyil. Rəqiblərimizin arasında 10-15, hətta daha çox yaşı olan saytlar var. Bu bizim nə qədər çətin şəraitdə fəaliyyət göstərdiyimizi sübut edər. Xəbərə birinci çatmağa çalışırıq. Maksimum şəkildə tərəfsizliyə, qərəzsizliyə əməl etməyə çalışırıq. Rəqabət mühiti nə qədər çətin olsa da, İP uğrunda kimisə alçatmağı, kiminsə şərəf və ləyaqətini zədələməyi hədəfləməmişik. Bizim üçün xəbərin etibarlılığı hər şeydən əvvəl gəlir. Bizim üçün hazırda operativlik nə qədər önəmlidirsə, peşəkarlıq da bir o qədər önəmlidir. Biz operativ olaq, rəqiblərimizi qabaqlayaq deyə peşəkar prinsipləri ayaqlar altına atıb, tapdamırıq”.

S.Verdizadə saytın kollektivi barədə də danışıb:

 

“Yeni Sabah”ın gənc və mobil kollektivi var. Əməkdaşlarımız maksimum operativ çalışır. Hesab edirəm ki, bu gün onlarla əməkdaş saxlamağa, böyük kollektivə ehtiyac yoxdur.  Azərbaycan kiçik bir ölkədir. Onsuz da oxucuya maraqlı olan çox hadisə baş vermir. Kiçik, lakin opertaiv kollektivlə bütün xəbərləri zamanında əldə edib çatdıra bilərik. Bu 5 ildə xeyli insanın “Yeni Sabah”dan yolu keçib. “Yeni Sabah” bir çox gənc həmkarımız üçün məktəb olub. İndi onlar bir çox aparıcı saytlarda, televiziyalarda çalışırlar. Bundan sonra da yəqin ki, sıralarımıza yeni  əməkdaşlar cəlb olunacaq. Bəziləri özləri təsdiq eləməsə də, “Yeni Sabah”da qazandığı təcrübənin hesabına başqa saytlarda uğur qazana bilib. Biz onların hamısını “Yeni Sabah” ailəsinin üzvü kimi qəbul edirik.

 

“Yeni Sabah”ın redaksiya heyətində mətbuatda 20 ildən artıq təcrübəyə malik olan Elnur Məmmədli və Əziz Rzabəyli kimi peşəkar redaktorlar təmsil olunur. “Yeni Sabah” qocaların təcrübəsi ilə gənclərin enerjisini birləşdirir. Mənə elə gəlir ki, uğurlarımızın bir səbəbi də budur”.

araz.az xəbər portalı.