Saratov Vilayəti Hökuməti yanında Vətəndaşlıq Qeydiyyatı İdarəsi 2023-cü ilin yanvar-iyul ayları ərzində fəaliyyətinin yekunlarını açıqlayıb.

araz.az    lent.az-a istinadən bildirir ki, idarənin rəhbəri Yuliya Ponomarevanın jurnalistlərə verdiyi məlumata görə, regionda qadınların xarici vətəndaşlarla nikahlara marağı azdır.

Bildirilib ki, Saratov vilayətində qadınlar aşağıdakı ölkələrin vətəndaşlarına üstünlük verirlər (azalan qaydada): Tacikistan, Azərbaycan, Ermənistan, Özbəkistan. Bunun ardınca Qazaxıstan Respublikası, daha sonra Belarus və digər ölkələr gəlir.

“Digər ölkələrə gəlincə, Saratovlu qadınların Almaniya, Polşa, Mərakeş, İsveçrə sakinləri ilə nikahları qeydə alınır. Venesueladan, Türkiyədən, İngiltərədən bəylər var. Əlcəzairli, suriyalı, misirli, iraqlı ilə nikahlar olub”, deyə rəsmi şəxs qeyd edib.

araz.az xəbər portalı.