turk gemisi.jpg

Türkiyə Aralıq dənizində neft və qaz axtarışlarına başlayıb.

Araz.az Trend-ə istinadən verdiyi məlumata görə, kəşfiyyat işlərinin aparılması üçün bu gün “Fatih” seysmik-kəşfiyyat gəmisi suya salınıb.

Bundan başqa, yaxın aylarda Mersin vilayətində quruda neft və qaz axtarışlarının başlanması planlaşdırılır.

Qeyd edək ki, 2014-cü ilin aprelində Türkiyədə meşə və milli parklarda neft axtarışlarına icazə verən qanun qüvvəyə minib.

 

araz.az xəbər portalı.