Fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini monitorinq etmək üçün Rusiya Dövlət Dumasından nümayəndə heyəti göndəriləcək.
araz.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının MDB İşləri, Avrasiya İnteqrasiyası və Həmvətənlərlə Əlaqələr Komitəsinin sədri Leonid Kalaşnikov açıqlayıb.
Dövlət Dumasının deputatının sözlərinə görə, nümayəndə heyətinə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin birinci müavini Kazbek Taisaev başçılıq edəcək: “Duma Şurası keçirildi və nümayəndə heyətinə hər fraksiyadan bir nümayəndə təyin edildi. Əminəm ki, Azərbaycanda seçkilər şəffaf keçiriləcək və hər şey yaxşı olacaq”.
Deputat həmçinin qeyd edib ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının nümayəndələrini seçkilərə dəvət etməməklə düzgün addım atıb: “Onlar Rusiya və Azərbaycanla münasibətdə çoxdan özlərini belə mövqeləndiriblər. Və bütün bunların Azərbaycanın münaqişəni hərbi yolla həll etməsi ilə heç bir əlaqəsi yoxdur. Onlar sadəcə olaraq ölkələrin nəzarətçisi olmaq istəyirlər. Və nəticə vermədikdə, əsəbiləşirlər. Biz buna diqqət yetirməyi dayandırmalıyıq. Sonra özləri Azərbaycanın qayıtmağını xahiş edəcəklər”
araz.az xəbər portalı.