Şam çayı – davamlı öskürək, tez-tez soyuqdəymə və vitamin çatışmazlığının qarşısının alınması üçün əla təbii vasitədir. Tərkibində karotin, dəmir duzları, manqan, mis, xrom var.

araz.az   şam çayının hazırlanma qaydasını təqdim edir:

Tərkibi:

Şam ağacı iynələri 30 q.

1 stəkan qaynar su.

şəkər və ya bal.

Hazırlanma qaydası:

Şam iynələrini yuyun. Üzərinə qaynar su töküb 20 dəqiqə qaynadın. Soyudun, süzün və şəkər və ya bal ilə gün ərzində için.

Qeyd edək ki, bu çay əla sidikqovucu, ödqovucu, tər salan və çox təsirli bəlğəmgətiricidir.

araz.az xəbər portalı.