Rusiyanın erməni əsilli şərqşünası, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini araşdırma mərkəzinin direktoru Semen Baqdasarov Türkiyəyə qarşı ərazi iddiası ilə çıxış edib.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, xəstə təfəkkürlü erməni Ermənistan Respublikasının adını dəyişdirməyi təklif edib.
S.Baqdasarov deyib ki, Ermənistan Respublikası adı doğru deyil, əslində ölkənin adı “Qərbi Ermənistan” olmalıdır. Erməni şərqşünas daha da irəli gedərək iddia edib ki, müasir Ermənistan “tarixi Ermənistanın” cəmi 7 faizini təşkil edir. Əslində ərazilərin böyük hissəsi Türkiyə daxilində qalıb.
Özünü şərqşünas adlandıran xəstə erməni heç olmasa bir əsr əvvəlki xəritələrə nəzər salsa, sərsəmlədiyini özü də etiraf etmiş olardı. Amma görünür, ona həqiqətdən bəhs etmək lazım deyil.
Musavat.com
araz.az xəbər portalı.