Son vaxtlar müxtəlif tədbirlərdə boy göstərən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun geyindiyi brend markalı və bahalı qış geyimləri, qiymətli saatı və ayaqqabısı hər kəsin diqqətini çəkməkdədir.
araz.az bildirir ki, 32gun.az bu dəfə zövqlü və kifayət qədər bahalı geyimləri ilə diqqət çəkən icra başçısı Rəcəb Babaşov haqqında araşdırma aparıb.
Yanvarın 24-də İcra Başçısının sərhəddə yerləşən Quşçu Ayrım və Fərəhli kəndlərində sakinlərlə görüşərkən geyindiyin “dublyonka” İtaliyanın məşhur “ERMENEGILDO ZEGNA” brendinə məxsusdur. Bu geyimin qiyməti 1010 dollardır. Alış-veriş saytında bildirilən məlumata görə, həmin “dublyonka”nın qiymıti bir neçə gündür endirimə düşdüyü üçün 506 dollar olub.
Rəcəb Babaşovun elə həmin gün ayağında olan ayaqqabı da üst geyimindən geri qalmır. Belə ki, icra başçısının ayağındakı altı ağ olan qəhvəyi rəngli ayaqqabısı da İtaliyanın məşhur brendlərindən birinə “Loro Piana”ya məxsusdur. “Loro Piana” brendimim bu modelinin qiyməti 1350 dollardır.
İcra Başçısnın saat sevdası da diqqətdən yayınmır. Sayxtımıza daxil olan məlumata görə, icra başçısının kolleksiyasına müxtəlif brendlərdən olan saatlar daxildir. Bunlardan biri də “Bvulgari” markasıdır.
Bu saat ilk dəfə 2017-ci ildə həm icra başçısının biləyində İsrail səfirinin Qazax rayonuna səfəri (09.11.2017) zamanı görülüb. Sonralar həmin saat R.Babaşovun əlində daim görünüb.
Bundan öncə Rəcəb Babaşovun bahalı 8500 manatlıq (5000 $) “Vertu” telefonu telefonun olması sosial şəbəkədə gündəm olmuşdu. İddiaya görə, bu foto Qazax icra hakimiyyətinin saytında olub, Sonradan məsələ gündəm olduqda, “Vertu” barədə xəbərlər çıxandan sonra şəkil saytdan çıxarılııb.
Xatırladaq ki, Qazax Rayon İcra başçısı Rəcəb Babaşov Elşən Babaşzadə 275 min dollar (450 manat) dəyərində olan “Mercedes Benz G-63 AMG” markalı avtomobili, həm də özünün 99 FF 099 dövlət nömrə nişanlı 250 min manatlıq “Rang Rover”i ilə medianın gündəminə düşmüşdü.
PS: Qarşı tərfin mövqeyini işıqlandırmağa hazırıq…
araz.az xəbər portalı.