Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılacaq. Yeni avtobus şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.
Bu məqsədlə Bakıda 250-dən çox əlavə avtobus istismara veriləcək. Bununlada marşrut şəbəkəsinin optimallaşdırılması ilə əlçatanlığın 90%-dən çox artırılması gözlənilir.
İstismara buraxılacaq əlavə avtobuslar ictimai nəqliyyatın hazırkı vəziyyətinə necə təsir edəcək? Bu avtobuslar Bakıərtafə ərazidə yaşayan vətəndaşlar üçün də əlçatan olacaqmı?
araz.az bildirir ki, bu barədə Valyuta.az-a danışan nəqliyat məsələləri üzrə ekspert Yasin Mustafa bildirib ki, nəqliyyatda həm sərnişindaşıma, həm yükdaşıma, ümumiyyətlə şəhərimizdəki nəqliyyat infrastrukturu məsələsindən danışarkən qeyd etmək lazımdır ki, yalnız kompleks tədbirlər nəticəsində inkişaf, irəliləyiş əldə etmək olar:
“Çünki burda işlər birtərəfli olmaz. Yəni, biz küçələri genişləndirək, zolaqların sayını artıraq və s. ilə məsələ həll olunmaz. İyirmi cərgə yolumuz olsa, o yenə də bizə azlıq edəcək.
Burda bütün problemləri bərabər şəkildə həll etmək lazımdır. Hər birini proporsional şəkildə nə qədər lazımdırsa, o qədər artırmaq lazımdır. Doğrudur, bəzən avtobusların sayı azlıq edir, yenilənməlidir, yeni avtobuslar alınmalıdır və alınır”.
“Bəs yeni gələn avtobuslar marşrut xətlərinə necə bölünür” sualına cavab olaraq ekspert bildirib ki, yeni gələn avtobusları şəhərin mərkəzinə, digərləri Bakıətrafına, rayonlara və s. verilir:
“Bu proses hər yerdə belədir və bu şəkildə olmalıdr. Yox, biz əgər desək ki, təzə avtobusları kəndlərə, Bakıya köhnə avtobus versinlər, bu. düzgün olmaz. Çünki Bakı paytaxtdır, mərkəzdir, turist axını daha çoxdur. Rəsmi qonaqlar daha çox gəlir. Ona görə də yeni avtobuslar birinci şəhərin mərkəzinə verilməlidir. Amma yeni avtobusların alınması bu problemlərin çıxış yolu olacaqmı bu sonrakı məsələdir. Problemin çıxış yolu avtobus zolaqlarının təkmilləşdirilməsindən, onların çoxalmasından, yaradılan maneələrin aradan qaldırılmasından keçir. Bütün bu problemləri həll etsək avtomobili olub-olmayan bütün şəxslər ictimai nəqliyyata üz tutacaq. Yox, əgər biz bunları etməsək, avtobus yenə də tıxacda qalacaqsa, gecikəcəksə, insanlar saatlarla dayanacaqlarda avtobus gözləyəcəksə, bunun əhəmiyyəti o qədər olmayacaq”.
araz.az xəbər portalı.