Rumıniya İttifaqı Uğrunda ifrat sağçı alyansın liderlərindən biri Klaudiu Tarziu Ukraynanın Şimali Bukovina, Zakarpatiya, Bessarabiya ərazilərinə, eləcə də bütün Moldovaya ərazi iddiaları irəli sürüb.
araz.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
“Rumıniya dövlətini onun təbii sərhədləri daxilində yenidən birləşdirməyincə biz həqiqətən də suveren olmayacağıq. Bessarabiya evinə qayıtmalıdır. Şimali Bukovina unudula bilməz, cənub Bessarabiya, Hertsa, Zakarpatiya – Rumıniya millətinə aid olan və məxsus olan hər şey dövlətin sərhədlərinə daxil olmalıdır. Bu, unutmamalı olduğumuz bir idealdır. Stefanın Moldovası Rumıniyada – evində olmalıdır”, – o bildirib.
araz.az xəbər portalı.