Bir ölkənin valyutasının dəyəri o ölkənin iqtisadiyyatı haqqında çoxlu məlumat verə bilər. Valyutanın dəyəri həmin ölkənin iqtisadi göstəriciləri, pul kütləsi, faiz dərəcələri, inflyasiya səviyyəsi və xarici ticarət balansı kimi amillərdən asılıdır. Bu amillər valyutanın dəyərinin qalxıb-azalmayacağına təsir göstərə bilər. Bəs Azərbaycanda prezident seçkilərindən sonra yeni pul vahidləri dövriyyəyə buraxıla bilər?
araz.az bildirir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Sonxeber.az-a açıqlama verib:
“İndiki halda belə bir denominasiyanın edilməsinə bir zərurət yoxdur. Adətən ölkələr denominasiyaya ciddi inflyasiyadan sonra, pulun kəskin dəyərsizləşməsi və sıfırların silinməsi məqsədilə gedirlər. Ona görə də, yeni pulün dövriyyəyə buraxılması üçün hazırda heç bir zərurət yoxdur. Ola bilsin ki, gələcəkdə yeni nominallar dövriyyəyə buraxılsın. Bu başqa məsələdir. Müəyyən qədər dövriyyədə olan pul kütləsinin həcmini azaltmaq məqsədilə, nağdsız dövriyyə genişlənəndən sonra daha iri nominallar buraxıla bilər. Hansı ki, daha çox banklar arasında istifadə üçün dövriyyəyə buraxılsın. Yeni əskinaslar davamlı buraxılır. Pulun təzələnməsi üçün yeni pulun dövriyyəyə buraxılması ilə bağlı heç bir çağırış, mesaj yoxdur”.
araz.az xəbər portalı.