Yabanı otun belə bitmədiyi yararsız torpaqlarımızın sayı olduqca çoxdur. Sahibkarlar həmin torpaqlarda toyuq hini belə tikə bilmirlər. Bu, olduqca ciddi problemlərdən biridir.
araz.az xəbər verir ki, bu barədə Sfera.az-a fikirləri iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, əkin-biçin üçün yararsız qayalıq, bataqlıq, şoranlıq ərazilər anbar təsərrüfatının, hətta dağ-mədən sənayesinin, heyvandarlığın, balıqçılığın, quşçuluğun və digər sahələrin inkişafına töhfə verə bilər:
”Amma mövcud qanunvericiliyin tələbləri bu iqtisadi fürsəti sahibkarların əlindən alır. Odur ki, torpaqların təyinatı məsələsinə yenidən baxılmasına ehtiyac var. Bu problemin həlli, resurslardan optimal istifadəyə, kiçik sahibkarların orta sahibkar statusuna keçməsinə, yeni biznes subyetklərinin yaranmasına və ən əsası regional inkişafa öz töhfəsini verə bilər”.
araz.az xəbər portalı.