“Azərsığorta”nın portfeli hansı şirkətə ötürüləcək? Bu sualın cavabı ictimaiyyətin maraq dairəsindədir

araz.az  xəbər verir ki, “Azərsığorta”nın hansı şirkətə ötürüləcəyi ilə bağlı mətbu vasitələrin sorğusuna cavab olaraq bildirilib ki, hələlik bu barədə yekun qərar yoxdur.”Şirkətin portfeli başqa şirkətə ötürüləcək, amma bunun hansı sığorta şirkəti olması məlum deyil. Çünki rəsmi təsdiqləyici heç bir sənəd yoxdur. Bu isə artıq Nazirlər Kabineti və İnvestisiya Holdinqinin qərarı əsasında bildiriləcək”, – cavabda qeyd edilib.

Rəşad CƏFƏRLİ,

araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.