ABŞ-da təxminən 29 il əvvəl itirilən pul kisəsi sahibinə qaytarılıb. Bu müddət ərzində pul kisəsi çayın dibində qalıb.
araz.az xarici mediaya istinadən xəbər verir ki, pul kisəsi Arizonadan olan Ceremi Binqem tərəfindən tapılıb. Kişinin dediyinə görə, o, ailəsi ilə çayın kənarında olarkən, dayaz suda dibdə həmin əşyanı görüb.
Pul kisəsinin içərisində bir neçə kredit kartı və Culiya Siya adına sürücülük vəsiqəsi olub. Binqem onu götürüb və mülkün sahibini axtarmağa başlayıb. Bir müddət sonra axtarış sosial şəbəkələr sayəsində nəticə verib.
Çikaqoda yaşayan Culiya 1995-ci ildə əmisi oğlunu ziyarət etmək üçün Arizonada olduğunu və pul kisəsini itirdiyini söyləyib. Bu, Siya qohumu ilə avtomobillə çayı keçmək istəyən zaman baş verib. Lakin nəqliyyat vasitəsi batıb.
Sürücü və sərnişin qaça bilsə də, bütün əmlaklarını axın aparıb.
“Mən pul kisəsini görməyi səbirsizliklə gözləyirəm. Sürücülük vəsiqəmdə necə göründüyümü görmək üçün can atıram. Kredit kartlarımın olduğunu belə bilmirdim”, – amerikalı öz emosiyalarını bölüşüb.
araz.az xəbər portalı.