“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda yerləşən “Göydağ” sahəsinin “Ortakənd” qızıl yatağında həyata keçirilən geoloji tədqiqatların ilkin nəticələri müsbətdir.

araz.az  bildirir ki, Sözügedən yataq üzrə əldə olunan kəşfiyyat nəticələri əsasında beynəlxalq nüfuzlu “MICON INTERNATIONAL” məsləhətçi şirkətinin ilkin hesablamalarına görə, yataqda 424 min unsiya texniki cəhətdən çıxarılabilən qızıl mövcuddur. Növbəti mərhələdə yataq üzrə ehtiyatların satılabilən, yəni iqtisadi səmərə ilə hasil ediləbilən miqdarı müəyyənləşdiriləcək. Tədqiqatların yekun nəticəsi müsbət olarsa, yaxın gələcəkdə yataqda açıq üsulla hasilat prosesinin aparılması nəzərdə tutulub“Göydağ” sahəsində yerləşən digər yataq – “Göydağ” mis-porfir yatağında da ehtiyatların qiymətləndirilməsi üçün aparılan araşdırmaların ilkin nəticələri müsbətdir. Tədqiqatlar davam etdirilir.

araz.az xəbər portalı.